SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Göyçay sakini kömək üçün DİN Naziri və Baş Prokurora müraciət etdi

Göyçay sakini kömək üçün DİN Naziri və Baş Prokurora müraciət etdi

Tarix:

15-10-2018, 12:00

/ 1 801 dəfə oxundu.
Göyçay sakini kömək üçün DİN Naziri və Baş Prokurora müraciət etdi

Göyçay şəhəri 1-ci Ərəbcəbirli kənd sakini Allahverdiyev Səxavət Ədalət oğlu tərəfindən xalqxeber.az-ın redaksiyasına şikayət məktubu daxil olmuşdur.Həmin şikayəti olduğu kimi sizlərə təqdim edrik.

Mən işləmək üçün Bakı şəhərinə gedib Nizami rayonu Qara Qarayev qəsəbəsinin Özbəkstan küçəsində yerləşən avtoyuma sexində işləyirdim.Həmin avtoyuma sexini Alim adlı şəxs icarəyə götürmüşdü.30.04.2018-ci il tarixdə avtomobil yuyan zaman Alim BMW x5 markalı avtomobili qarşıya sürən zaman məni hasarla avtomobilin arasında qoyaraq vurdu.Nəticədə sol ayağım omba sümüyüm sındı.Mən həmin vaxtı 3 saylı Sabunçu xəstəxanasına gətirdilər.Orada cərrahiyyə əməliyyatı olundum ayağıma mil qoyuldu. 3 ay yataq xəstəsi olmuşam, 2 aydır ki, əsa ilə gəzirəm. Ev şəraitində müalicə olunmaq üçün borc etmişəm maddi imkansızlıqdan ayağımdakı mili çıxartdıra bilmirəm.Adı dövlət xəstəxanası olsada pullu xidmət göstərirlər.Mənim isə maddi imkanım yoxdur. Atam həyətlərdə fəhlə işləyib quru çörəyimizin pulun güclə qazanır.Özüm isə Alim adlı şəxsin təqsiri ucbatından ağır xəsarət aldım.Bu cinayət hadisəsi olsada Nizami Rayon Polis İdarəsinin adını bilmədiyim bir əməkdaşı gəlib hadisə yerinə baxıb Alimdən pul alıb cinayətin üstünü ört-basdır etdi.Çıxılmaz bir vəziyyətdəyəm.Bu cinayət hadisəsi barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova və Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova şikayət ərizələri ilə müraciət etmişəm.İnanıram ki, bu üstü ört-basdır edilmiş cinayət hadisəsi obyektiv araşdırlacaq Alim adlı şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.Həmçinin cinayətin üstünü ört-basdır etmiş Nizami RPİ-nin əməkdaşı məsuliyyətə cəlb ediləcək.
Sizdən xahiş edirəm şikayət ərizəmi araşdırıb qanuna müvafiq tədbirlər görəsiniz mənim dövlət xəstəxanasında müalicə olunmağıma köməklik göstərəsiniz.

xalqxeber.az
Göyçay sakini kömək üçün DİN Naziri və Baş Prokurora müraciət etdi
Göyçay sakini kömək üçün DİN Naziri və Baş Prokurora müraciət etdi
Göyçay sakini kömək üçün DİN Naziri və Baş Prokurora müraciət etdi

Şərhlər

XƏBƏR LENTİ