SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MÜBARİZ MƏNSİMOV BAKIDA XƏLVƏTİ BOŞANDI… – Tamara 4 il sonra xəbər tutdu

MÜBARİZ MƏNSİMOV BAKIDA XƏLVƏTİ BOŞANDI… – Tamara 4 il sonra xəbər tutdu

Tarix:

14-10-2018, 23:33

/ 1 747 dəfə oxundu.
MÜBARİZ MƏNSİMOV BAKIDA XƏLVƏTİ BOŞANDI… – Tamara 4 il sonra xəbər tutdu

Azərbaycan Ədliyyə Nazirliyi 2014-cü ildə Nizami Rayon Məkhəməsində qeyri-qanuni yolla boşanan iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimova aid sənədləri Türkiyə Ədliyyə Nazirliyinə təqdim etməkdən imtina edir. Türkiyə Ədliyyə Nazirliyi 2018-ci ilin aprel ayının 11-də sənədlərin təqdim edilməsi üçün Azərbaycan tərəfinə müraciət edib. Amma müraciət hələ də cavablandırılmayıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Türkiyə tərəfinin müraciəti aprel ayının 26-da Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qəbul edilib. Müraciətdə 3 orqana – Nizami Rayon Məhkəməsinə, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyinə sorğu ünvanlanıb. Müraciət qəbul olunandan bir ay sonra- may ayının 23-də məktub soruğunun icrası üçün Nizami Rayon Məhkəməsinə göndərilsə də, həmin vaxtdan bu günə qədər Ədliyyə Nazirliyi Mübariz Mənsimovun istəyi ilə həmin müraciəti cavablandırmaqdan imtina edir.

Mənbə qeyd edir ki, bu prosesi 4 ildir ləngidən Mənsimov əmlakının qohum və tanışlarının adlarına keçirməklə məşğuldur. Bu saxtakarlıqda isə ona Azərbaycan Ədliyyə Nazirliyinin bəzi səlahiyyətli şəxsləri birbaşa yardım edirlər. Çünki sənədlər Türkiyəyə göndərilərsə, məhkəmə işi yekunlaşa bilər.

Beləliklə, Mübariz Mənsimovun puluna tamah salan şəxslərə görə iki ölkə- Azərbaycan və Türkiyə arasında ciddi problem yaranır. Əslində isə, bu ölkələr arasında anlaşmaya görə, Azərbaycan Ədliyyə Nazirliyi qonşu ölkənin müvafiq sorğusunu cavablandırmağa borcludur.

Qeyd edək ki, Mübariz Mənsimov və Tamara Mənsimova 2004-cü ildə Azərbaycanın İstanbuldakı konsulluğunda nikah bağlayıblar. On il sürən evlilikdən sonra M.Mənsimovun nikahdankənar əlaqələri səbəbindən Tamara Mənsimova 2014-cü ildə İstanbulun 15 sayı Ailə Məhkəməsinə boşanma və əmlakın bölünməsi iddiası ilə müraciət edib. Mübariz Mənsimov isə ondan xəbərsiz elə həmin ildə Bakının Nizami Rayon Məhkəməsinə müraciət edərək boşanma iddiası qaldırıb və onların nikahı ləğv olunub.

Nizami Rayon Məhkəməsi guya Tamara Mənsimovanı şəxsən xəbərdar edib, amma o, məhkəməyə gəlməyib. Saxta boşanmaya imza atan məhkəmə çıxardığı hökmdə şəxsi təşəbbüsü ilə M.Mənsimovdan uşaqlarının hər biri üçün 5 min manat məbləğində pul tutulmasına dair qərar verib.

Nəticədə, Mənsimovun vəkilləri 2018-ci ildə boşanma işinə İstanbulda baxılmanın mümkünsüzlüyü barədə sənəd təqdim ediblər. Həmin sənəddən və Bakıdakı birtərəfli boşanmadan ilk dəfə xəbər tutan Tamara Məmsimova Azərbaycana gəlib və müəyyən edib ki, həqiqətən işə Nizami Rayon Məhkəməsində baxılıb. O da məlum olub ki, məhkəmənin T. Mənsimovaya xəbərdarlıq edildiyi ünvanda o, heç vaxt yaşamayıb. Ümumiyyətlə, T. Mənsimovanın Bakıda yaşadığı ünvan olmayıb. Digər tərəfdən, Tamara Mənsimovanın 2010-cu ildən başlayaraq boşanma iddiası qaldırana qədər heç vaxt Azərbaycanda olmadığı məlumdur. Hətta bununla bağlı Dövlət Sərhəd Xidmətinə iki dəfə sorğu göndərilib və xidmətin verdiyi arayış da təsdiq edir ki, Tamara Mənsimovanın göstərilən vaxtda məhkəmədə iştirak etməsi, məhkəməyə çağırış sənədini alması mümkün deyildi

Şərhlər

XƏBƏR LENTİ