SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rus dilinə etiraz edən deputatın plagiat “əsərləri” gündəmdə - Şok ittihamlar..

Rus dilinə etiraz edən deputatın plagiat “əsərləri” gündəmdə - Şok ittihamlar..

Tarix:

14-10-2018, 23:11

/ 1 963 dəfə oxundu.
Rus dilinə etiraz edən deputatın plagiat “əsərləri” gündəmdə - Şok ittihamlar..

Jurnalist Eynulla Fətullayev məktəblərdə rus dilinin geniş yayılmasına qarşı çıxan deputat Gövhər Baxşəliyevanı hədəfə götürüb

Jurnalist millət vəkilini elmi plagiatlıqda ittiham edib.

Onun sözlərinə görə, G.Baxşəliyeva SSRİ dönəmində maliyyə naziri, kommunist Baxşəli Baxşəliyevin qızıdır:“Guya şərqşünas ve akademikdir, amma bütün elmi məqalələri plagiatdır.

Bu “alim” təkid edir ki, rus dilində təhsil məhdudlaşsın. Adama sual verərlər – ay xanım, Azərbaycan məktəblərində təhsilin səviyyəsindən xəbəriniz var? Azərbaycan dilində dərsliklər bərbad gündə, müəllim yox – məktəbə müəllim yeri 8 min manatdır, elm, xüsusile təbii fənlər çöküb… Sən nədən danışırsın ay zalım?

Yenə rus dilində kitab, dərslik, müəllim tapmaq olar, Azərbaycan bölmələrində axirətdir!!! Bax, bu zalıma nə deyəsən? Sən təhsilin probleminden danış, rüşvətdən danış… Ne deyəsən bu vicdanını itirmiş deputata?! Azerbaycan xalqına niyə bu qədər nifrət edirsən???"

Orta məktəblərdən yüksək bal toplayaraq universitetlərə qəbul olunan tələbələrin topladıqları yüksək nəticə repetitrlərin hesabınadır. Orta məktəblərdə demək olar ki, dərs keçilmir. Amma müxtəlif adlar altında yığılan rüşvətin həcmi artıb.

Artıq bir çox valideyinlər etiraf edirlər ki,onları intihar həddinə çatdıran "valideyin komitə"ləri məktəblərdə rüşvət yığmaq üçün yaradılıb”.

Cahan.info məktəblərdə müəllim yerlərinin 8 mindən satılmasını araşdıracaq. Lakin ilk növbədə diqqət çəkən ittiham deputatın plagiat elmi məqalələridir.

Məlum olur ki, bunu ilk dəfə E.Fətullayev söyləmir. Mətbuatda G.Baxşəliyevanın elmi fəaliyyəti haqda sensasion məlumatlar çoxdur.
Bakı Dövlət Universitetinin professoru, Aida Qasımova AMEA-nın müxbir üzvü, Şərşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanı plagiatlıqda suçlamışdı.

Aida Qasımovanın məktubunda deyilir ki, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın iki cildlik "Məqalələr, məruzələr, müsahibələr" (Bakı, 2011) toplusunun birinci cildindəki "Poetiçeskie osobennosti arabskoy literaturı VIII-IX vekov" (səh.244-252) məqaləsi başdan-ayağa I.Filştinskidən, B. Şidfardan və A. Kudelindən plagiatdır.

Onun sözlərinə görə, “müəllif” plagiat faktını pərdələmək üçün arada ərəb şeir divanlarından “misallar gətirir”. Amma onun gətirdiyi misallar və tərcümələr də hamısı Filştinski və Şidfarın birgə yazdığı "Ocerk arabo-musulmanskoy kulturı" (1971-ci il nəşri) kitabındandır:

“Məqalənin ilk səhifə yarımı I.Filştinskinin “Arabskaya klassiçeskaya literatura” kitabının (1965-ci il nəşri) 141-143-cü səhifələrindən plagiatdır. Düzdür, bir yerdə "raznorodnoye" dəyişib "raznoobraznıy" olub, amma fakt faktdır.

Baxmayaraq ki, Filştinski 1978 və 1991-ci il nəşrləri olan başqa kitablarında bu mövzuya yenidən qayıdıb, bəzi dəyişikliklər edib, bəzi hissələri genişləndirib, Gövhər xanım həmin 1965-ci il nəşrini necə var, elə də köçürüb.

"AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın ünvanına Qahirədən – Misir-Rusiya Mədəniyyət və Elm Fondunun sədri, "Advanced Press Hause” nəşr evinin baş direktoru Hüseyn əl-Şafidən gələn məktub da buna bir bariz nümunədir.

Misirdə 2006-cı ildən fəaliyyət göstərən və mütəmadi olaraq ərəb və rus dillərində kitablar çap etdirən fondun rəhbəri Hüseyn əl-Şafi Misirdə elmi və ziyalı dairələrin professor Gövhər Baxşəliyevanın "Taufiq əl-Həkimin ədəbi görüşləri” kitabına böyük maraq olduğunu bildirir.

Üç il öncə rus dilində çap olunmuş bu kitab XX əsrin görkəmli Misir yazıçısı, dramaturqu, publisisti və mütəfəkkiri, müasir ərəb ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş Taufiq əl-Həkimin ədəbi görüşlərinin tədqiqinə həsr olunub.”

Bunu Zəfər Abdullayev deputat, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva barəsində yazıb.

Onun sözlərinə görə, maraq xatirinə kitabı açıb baxıb: "507 səhifəlik bir kitabın 430 səhifəsi Taufiq əl-Hakim əsərlərinin V. Kirpiçenko, N. Usmanov, K. Yunusov və başqa rus alimləri tərəfindən edilən tərcüməsidir. Cəmi 70 səhifə xanımın öz məhsuludur.

Mən ərəbşünas olmadığımdan bu "məhsulun” hardan dərildiyini deyə bilmərəm. Mən kitabın mündəricatına baxıram. Belə çıxır ki, Gövhər xanım 70 səhifəlik referata bənzər bir işi özünün 507 səhifəlik zəhməti kimi elmi dairələrə sırıyır.

Qəribə burasıdır ki, o 70 səhifənin içərisində Taufiq əl-Hakimin ədəbi görüşləri cəmi 20 səhifədir. Amma kitabı açıb baxmayan elə düşünər ki, xanım böyük bir tədqiqat aparıb.

Bəli, Gövhər Baxşəliyeva rus alimlərinin 430 səhifəlik tərcüməsini öz "kitabına” əlavə edib özünü yeni monoqrafiya müəllifi kimi təqdim edir. Elmi ictimaiyyətə bu dərəcədə kələk gəlmək harda görsənib?

Və görəsən Gövhər xanım başqasının tərcüməsini təkrar nəşr etməsi ilə bağlı onların mənsub olduğu müəssisədən, və ya ailələrindən razılıq alıb?

Düzdür, tərcümələrin altında tərcüməçilərin adı çəkilib, amma əgər tərcümə olduğu kimi təkrarlanıbsa, tərcümə ilə bağlı xanımın heç bir şərhi yoxdursa, internet səhifələrində hər dəqiqə rast gəlinən bu tərcüməni nə haqla yenidən nəşr etdirib?

Məsələ burasındadır ki, rus alimləri bu tərcümələri nəşr etdikləri kitablarda müəllif kimi Taufiq əl Hakimin özünü göstəriblər. Gövhər xanım isə kitabın üzərində öz adını yazıb.

Gövhər xanım, görünür, arxayındır ki, heç kim onun "kitabını” açıb baxmayacaq. Ona iri həcmli bir kitabın üzərində adının olması lazımdır”.

Buna səbəb qarşıdan AMEA-da seçkilərin olacağıdır. Z.Abdullayev qeyd edib: "Tarixdə görünməmiş bir ixtisas - şərqşünaslıq ixtisası da kəşf edildi ki, G.Baxşəliyeva seçkiyə tək getsin. Görəsən, bu işin arxasında dayanan havadarlar ölkə prezidentinin onlara olan etimadının məsuliyyətini nə üçün dərk etmirlər?

Heç olmasa Şərqşünaslıq İnstitutunun görkəmli alimlər Aida İmanquliyevanın, Ziya Bünyadovun adı ilə bağlı olmasını xatırlasınlar. Bundan əvvəl Gövhər xanım barədə ciddi plagiat ittihamları irəli sürülüb.

Hətta fars dilini bilməyən bu xanımın institutun arxivində rəhmətə getmiş alimlərin tərcümələrini mənimsəyib öz adından "İlahi eşq dastanları” adlı bir kitab çıxarması ilə bağlı iddia işi də var. Bütün bunları təkzib etmiş xanım deputat heç bir tutarlı cavab verə bilməmişdi.

İndisə millətçilik damarı tutub və Azərbaycan dilində olan bərbad təhsilin keyfiyyətindən danışmaq əvəzinə, rus dili tədrisinə etiraz etməyə başlayıb.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ