SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Çörəyin içərisindən sümük çıxdı - VİDEO

Çörəyin içərisindən sümük çıxdı - VİDEO

Tarix:

21-09-2018, 11:56

/ 1 791 dəfə oxundu.
Çörəyin içərisindən sümük çıxdı - VİDEO

Mağazadan çörək alan vətəndaş evdə qəribə mənzərə ilə qarşılaşıb

Xırdalan sakini iddia edir ki, aldığı çörəyi istifadə edən zaman arasından sümük parçası çıxıb.

Qablaşdırlımış çörəyin üzərində həmin məhsulun Xırdalan çörək zavodunda istehsal olunduğu da açıq-aydın görünür. Məsələ ilə bağlı adıçəkilən zavoda getdik. Zavodun direktoru Ramiz Hüseynov şifahi olaraq bildirdi ki, onların zavodunda belə bir halın baş verməsi qeyri-mümkündü. Çünki un ələyən avadanlıqlar standartlara cavab verdiyindən ora hər hansı bir cisim düşdüyü zaman həmin avadanlıqlar iş prosesini dayandırır.

Məsələ ilə bağlı Qida Təhlükəslizliyi Agentliyindən isə bildirildi ki, problemlə qarşılaşan vətəndaş qurumun 1003 nömrəli qaynar xəttinə müraciət etməlidir. Bundan sonra araşdırmalara başlanılacaq.

Şərhlər

XƏBƏR LENTİ