SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Viski fanatı olan, villa tikdirən, qardaşı balası uşaq oğurlayan başçı kimdir? – Dosye...

Viski fanatı olan, villa tikdirən, qardaşı balası uşaq oğurlayan başçı kimdir? – Dosye...

Tarix:

19-09-2018, 23:13

/ 2 285 dəfə oxundu.
Viski fanatı olan, villa tikdirən, qardaşı balası uşaq oğurlayan başçı kimdir? – Dosye...

Sabirabadın icra başçısı Nazim İsmayılovun həyat tərzi, hobbisi, yaxınlarının əməlləri mətbuatda dillər əzbəri olub. İndi sosial şəbəkələr onu müzakirə edirlər.

Adətən belə bioqrafiyaya malik və barəsində xoşagəlməz məlumatlar yayılan məmurların vəzifə ömrü uzun çəkmir.

Çünki prezident sadə və təvazökar həyat yaşamayan, israfçılıq edən icra başçılarını, məmurları bəyənmir. Eləcə də yaxınları məmur qohumuna arxayın olub özbaşınalıq edənlər cəzalandırılır.

Belə informasiyalar isə N.İsmayılov haqda çoxluq təşkil edir. Sabirabad kimi əhalisi aktiv olan bölgənin icra başçısı nümunəvi davanmalıdır.

Amma cia.az saytına yerli sakinlərin verdiyi məlumata görə hazırda rayon sahibsiz qalıb. Əkin-biçinin qızğın vaxtında sakinlərin, fermerlərin probleminə dəstək olacaq kimsəni tapmaq mümkün deyil. Buna səbəb isə başçının pis vərdişlərə alüdə olmasıdır.

Mənbənin dediyinə görə rayonun başçısı Nazim İsmayılov saat 12-yə qədər kabinetində oturandan sonra iş vaxtını bitirir və onun səyyar “kabineti” “Ana Kür” restoranına keçirilir.

Bahalı viski həvəskarı olan Nazim İsmayılov demək olar ki, hər gün adı çəkilən restoranda olur və müxtəlif çeşidli viskilərin dadına baxmaqla işini sona çatdırır.

Təsəvvür edin ki, prezident ica başçısına rayonu tapşırıb, sakinlərin problemlərini həll etməyi həvalə edib, N.İsmayılov isə gah viski içir, gah Göyçayda oluna villa tikdirir, gah da qardaşı oğlu uşaq oğurlamaqda ittiham edilir.

AzEuroNews.comyazmışdı ki, Göyçayda mağaza müdiri, YAP-ın Göyçay Təşkilatının təlimatçısı Laçın İsmayılov 17 yaşlı keçmiş satıcısı Səid Mahmudlunu 20 manat kassa əskikliyinə görə başının dəstəsilə 2 dəfə evindən çıxararaq şəxsi avtomobili ilə şəhər kənarında olan Şirvan kanalının yanına aparıb.

Bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb. Onun sözlərinə görə, orada Səidə qarşı hədə-qorxu, təhqir və s. qeyri insani hərəkətlər edilib.

Məlum olub ki, quldurluğa meyl edən bu YAP-çı Sabirabadın icra başçısı Nazim İsmayılovun qardaşı oğludur. Odur ki, arxayınçılıqdan qanun-filan tanımır.

Hüquq müdafiəçisi qeyd edib: “Düşünürəm ki, 2 dəfə adam oğurluğu və hədə-qorxu ilə tələbetməyə görə öz kimliyini və niyyətini nümayiş etdirən Laçın İsmayılova layiqli yerini hüquq-mühafizə orqanları göstərməlidir”.

Media istinadla yazırıq ki, Sabirabadın icra başçısı Nazim İsmayılov oğlu Anar İsmayılovla bacarmır.

Bir neçə il qabaq oğluna Göyçayda AST Telmana aid ərazidə villa tikdirən icra hakimi etdiyinə peşman olub. Çünki A.İsmayılovun istəkləri tükənmək bilmir.

Sabirabad icra başçısı oğlunun tez-tez lüks maşınlarını dəyişməsindən təngə gəlib. Hətta yaxın çevrəsində şikayətlənirmiş.

Bu hobbisi artıq N.İsmayılovu da qıcıqlandırır. Bahalı avtomobilləri əlcək kimi tez-tez dəyişən məmur oğlu atasını bezdirib. Çünki böyük pullar xərcləməkdədir.

Sabirabad icra başçısı N.İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur. Bu biznesə də oğlu nəzarət etdiyi iddia olunur.

Bu obyektlərdən ən böyüyü rayonun Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar Mehmanxana”sı, “Çinar” şadlıq evi və ətrafındakı bir neçə obyektdir.

2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir.

Hələ 2014-cü ilin əvvəllərində N.İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı.

Məlumata görə, “hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ 06” markalı avtomobili əzib.

Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.

Polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə yerindən aparıb”. O zaman Sabirabad Rayon Polis İdarəsi məlumatı nə təkzib, nə də təsdiq etmişdi.

Mətbuatda Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilən İlqar Əliyevlə Nazim İsmayılovun ciddi əlaqələri olduğu xəbərləri yayılıb.
Amma bu əlaqələrin işbirliyi yoxsa şəxsi müstəvidə olduğu açıqlanmayıb. N.İsmayılovla İ.Əliyevi bağlayan səbəblərdən biri Göyçaydır. İcra başçısı ilə MTN zabiti həmyerlidir.

Məlumatda deyilir ki, İ.Əliyevin intiharından sonra icra başçısı onun yasında iştirak edib. Bütün bu detallar onun Göyçayla vidalaşmasına səbəb olub.

İntihar etmiş MTN vəzifəlisinin qohumu onların yaxın dost olduğunu dolayısı ilə təsdiqləyib. İ.Əliyevin yaxın qohumu onu da bildirib ki, qardaşının həbsindən sonra keçmiş iş yoldaşlarından heç kim onlara baş çəkməyib.

Mediadakı başqa bir əlumata görə, Sabirabadın icra başçısının qardaşı Namiq İsmayılov Göyçayda Məşğulluq Mərkəzinin rəhbəridir.

Onun adı Göyçayda keçirilən əmək yarmarkasının pərdə arxasında qeyri-rəsmi məsələlər üzə çıxmışdı.

Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, işsiz-gücsüz, evinə bir tikə çörə aparmağa imkanı olmayan vətəndaşlardan rüşvət istənildiyi iddiaları meydana çıxıb.

Əvvəlcə ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılıb. Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Göyçay Qaz İstismar Sahəsində 10, Mənzil İstismar Sahəsində isə 130-140 boş (vakant) yer var.

Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov olub.

O, özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaratdığı iddia edilir. Bu da digərlərinin narazılığına səbəb olur.

Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib. Onun isə çörək almağa pulu yox imiş.

Yəni, adı bu cür məlumatlarda hallanmış məmurla ölkə rəhbərliyinin çox işləyəcəyi inandırıcı görünmür.

Qarşı tərəfin mövqeyini geniş şəkildə işıqlandırmağa, rayondan reportaj hazırlamağa hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ