SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 56 SAYLI MƏKTƏBİN HƏYƏTİNDƏ QURUDULAN AĞACLAR: NAZİRLİK HARA BAXIR?

56 SAYLI MƏKTƏBİN HƏYƏTİNDƏ QURUDULAN AĞACLAR: NAZİRLİK HARA BAXIR?

Tarix:

19-09-2018, 16:53

/ 2 081 dəfə oxundu.
56 SAYLI MƏKTƏBİN HƏYƏTİNDƏ QURUDULAN AĞACLAR: NAZİRLİK HARA BAXIR?

Ekologiya Nazirliyi kəsilən ağaclara görə cərimələr yazır, amma…
Bəs nazirlik niyə həm də quruyan ağacların qayğısına qalmasın???
Ötən gün Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub. Araşdırma zamanı ağacların Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub və təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub. Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib…

Yaxşı, nazirlik kəsilən ağacların qayğısına qalır, bəs quruyan ağacların dərdini kim ağlamalıdır?

Bakının Xətai rayonu, Fəzail Rüstəmov-35 ünvanındakı (Afiyəddin Cəlilov küçəsinə paralel ünvan) binada yaşayan sakinlərin «Təzadlar»a göndərdiyi şikayət məktubu bizi bəzi suallar ətrafında düşünməyə vadar etdi. Məktubdan sətirlər: «Hörmətli redaksiya! Biz Bakının Xətai rayonu, 56 saylı orta məktəblə üzbəüzdəki yaşayış binasında yaşayırıq. Şikayətimiz ondandır ki, adətən Ekologiya Nazirliyinin əməkdaşları ağac kəsən fiziki və ya hüquqi şəxsləri fantastik məbləğdə cərimələyirlər. Amma çox maraqlıdır ki, nazirliyin əməkdaşları Bakı şəhərində quruyan ağacların heç birinin qayğısına qalmırlar. Axı bildiyimizə görə, Nazirliyin Bakı şəhəri üzrə Ekologiya İdarəsi də var. Bəs niyə bu idarənin işçiləri paytaxtın rayonlarında vaxtilə əkilmiş ağacların sulanmasına nəzarət etmirlər? Sanki güdürlər ki, kimsə ağac kəsssin, budağını sındırsın. Bun ə mənasız nəzarət və cəriməkəsmə kampaniyasıdır? Ağacların qədri bu qədər əzizdirsə, əvvəlcə onların qurumasının qarşısını almalıdırlar. Məsələn, bizim bina 56 saylı məktəblə üzbəüzdür. Məktəbin həyətini hər gün izləyirik. Burada yaşı on illərlə ölçülən zeytun, küknar, Xan çinar və bəzək ağacları vardır. Təsəvvür edin, ötən yay mövsümündə olduğu kimi, buy ay da həmin ağaclara bir qramm su verən olmadı. İndi baxırıq ki, Xan çinarların üçü quruyub məhv olub. İllərin yaddaşı olan o cürə qiymətli ağaclara niyə su verilmədi? Yəqinki 56 saylı məktəbin təsərrüfat işlərinə baxan direktor müavini və məktəbin bağbanı var. Biz buy a kimsəni buralarda görmədik. Dünəndən dərs başladı. Şagirdlər ötən tədris ilində altında kölgələndiyi ağacları indii quruyan görəndə nə düşündülər görəsən??? Xahiş edirik, səsimizi nazirliyin məsul işçilərinə çatdırın ki, ağac kəsənlərə qənim kəsilmək yaxşı işdir, amma əvvəlcə quruyan ağacların dərdinə də qalsınlar…
Hörmətlə: sakinlər)».
***
Xatırladırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin məsul əməkdaşı Raqub Mirzəyev hələ bir müddət əvvəl ağac kəsilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulan cərimələri açıqlamiışdı.
Məlum olurdu ki, ağacların kəsilməsi və məhv edilməsi Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Həmin qərarda nəzərdə tutulur ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədən ağaclar Ekologiya və Təbii Sərəvətlər Nazirliyinin ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə kəsilə və ya budana bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır. Azərbaycan İnzibati Xətalar Məcəlləsində hər bir vətəndaşın, hüquqi və vəzifəli şəxsin məsuliyyəti isə belədir: "Meşə fonduna daxil olmayan ağac və kol bitikilərinin zədələnməsi, kəsilməsi və məhv edilməsinə görə fiziki şəxslər üçün 2200-2500, vəzifəli şəxslər üçün 900-10000, hüquqi şəxslər üçün isə 40000-50000 manatadək cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan, hər bir ağac və kol bitkilərinin zədələnməsinə, məhv edilməsinə, kəsilməsinə görə, fiziki şəxslər 1300-1500, vəzifəli şəxslər 3500-4000, hüquqi şəxslər isə 20000-25000 manatdək cərimə olunur".
Qeyd olunan problemi dəstəkləyirik. Həqiqətən də yay aylarında ictimai yerlərdə, məktəblərdə və parklarda ağacların sulanmasında neqativ hallar yetərincədir. Necə ola bilər ki, ağacları kəsənlərə qarşı qəddar olasan, amma ağacların quruması vecinə olmaya???
Mövzuya qayıdacağıq.

«Təzadlar»

Şərhlər

XƏBƏR LENTİ