SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycan bankının axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

Azərbaycan bankının axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

Tarix:

18-09-2018, 12:05

/ 1 385 dəfə oxundu.
Azərbaycan bankının axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

O, Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur

“Nikoil Bank”ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb.

Bu barədə “Moskva” Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd edək ki, V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur. O, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilmişdi.

Xatırladaq ki, 2017-ci ilin payızında Azərbaycan KİV-də V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər olan müddətdə rəhbərlik etdiyi “Nikoil Bank”dan 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə məlumatlar dərc olunub.

Qeyd edək ki, məlumat ilk olaraq Report-da yayımlanıb.

Şərhlər

XƏBƏR LENTİ