SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İbrahimovun qardaşı və Mahmudovun adamı ev yıxır… – Usubova müraciət/detallar

İbrahimovun qardaşı və Mahmudovun adamı ev yıxır… – Usubova müraciət/detallar

Tarix:

20-08-2018, 08:52

/ 1 117 dəfə oxundu.
İbrahimovun qardaşı və Mahmudovun adamı ev yıxır… – Usubova müraciət/detallar

Azərbaycanda böyük bir tikinti mafiyasının ifşası onların qurbanlarının evsiz-eşiksiz, hüquqsuz vəziyyətdə qalması ilə nəticələnib.

Bu şəbəkənin dolaşıq dələduzluq əməlləri və vətəndaşlardan mənimsədikləri pulların haqq-hesabı çürüdülüb, məhkumluq yaşayıblar, himayəçiləri arxalarından çəkilib.

AzEuroNews.com-un verdiyi xəbərə görə, bu cəncəlli tikinti maqnatlarından bir neçəsinin həbsi son günlərdə onlarla mənzil sahibinin evindən çıxarılmasına səbəb olub.


► Gülağa Tənha, MTN, Adilağa Hüseynov…


Söhbət sabiq diaspora komitəsi sədri Nazim İbrahimovun dələduzluğa görə həbs edilmiş qardaşı Sahib İbrahimov, onunla şərik tikintilər aparmış, adı MTN işində keçən və biznesmen-şair Gülağa Tənhaya da pul atmış İlham Qasımovun şirkətlərindən gedir.

Ötən gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir qrup əməkdaşı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəlləyə gələrək, həmin ünvanda yerləşən 1, 2, 3 və 4 saylı binalarda yaşayan 10 ailəni evindən çıxarıb, mənzillərinin qapılarını dəyişdiriblər.

Bunu tezadlar.az-a “Sahil-D” MTK-nın icraçı direktoru Adilağa Hüseynov deyib. O “Sahil-D” MTK ki, təsisçisi İlham Qasımov həbsdədir və N.İbrahimovun qardaşı ilə şərik olub.

Sözügedən ünvanda olan sakinlərin sözlərinə görə, pulu “Sahil-D” MTK-nın icraçı direktoru Adilağa Hüseynova verib mənzil almışıq.

“İndi isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib bizi öz mənzillərimizdən çıxarırlar ki, guya bura Mehmed Şimşek adlı bir türkə məxsusdur.

Xahiş edirik, bizim səsimizi daxili işlər naziri cənab Ramil Usubovun diqqətinə çatdırın ki, asayiş keşikçiləri, təhlükəsizliyimizi qorumalı olan polislər heç bir əsas, əllərində məhkəmə qərarı olmadan bizi zorla mənzillərimizdən bayıra atmağa çalışırlar”,-deyə mənzil sahibləri qeyd ediblər.

Şikayətçilər jurnalistə bildiriblər ki, əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək: “Ondan şübhələnməyə başlamışıq.

Deyəsən, bu işlərin arxasındakı, bizim başımıza bu oyunu gətirən elə Adilağa Hüseynovun özüdür.

Yoxsa, çıxar ortaya bizi müdafiə edər. Onun sizi buraya dəvət etməsi əslində gözə kül üfürməkdir. Guya ki, bizi müdafiə edir”.

İ.Qasımovun həm də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun patronajlığında olduğu barədə iddialar səslənib. Qasımov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

► Sahib İbrahimov 71 mənzil təkrar satıb

Xatırladaq ki, Bakı Əyləncə Mərkəzində inşa edilən 24 mərtəbəli 4 binadan ibarət “Sahil-D” kompleksi iş adamları Sahib İbrahimov və İlham Qasımovun ortaqlığı ilə tikilib və Qasımov məhz bu məsələ ilə bağlı “məşhurlaşıb”.

O qədər yaxın şərik olublar ki, üst-üstə 100 mərtəbəli binadakı mənzilləri bir neçə dəfə satıblar. “Real” MTK-nın təsisçisi və “Sahil-D Compani”də ortaq olan İ.Qasımov “Sahil-D Compani”, S.İbrahimov isə təsisçisi olduğu “STS” şirkətinin möhürü ilə satış həyata keçirib.

Vaxtilə İ.Qasımov “Bizim Yol”a demişdi k, 71 mənzili S.İbrahimov təkrar satıb. Onun məhkəmə çıxışlarında MTN işi ilə bağlı kifayət qədər məqamlar var (http://virtualaz.org/bugun/80805)

Və bir-birinə zəncirvari bağlı olan bu dələduzlar və onların şirkətləri bu gün vətəndaşları çarəsiz vəziyyətdə buraxıblar.

Lakin İ.Qasımovun ailə üzvlərindən ibarət olan əlaltıları – yəni xalaqızı olan həyat yoldaşları Arifə Qasımova və Kəmalə Qasımova , qızı Asiman Abdiyeva, anası Gözəl Cəfərova minlərlə insanın göz yaşı üzərində qurulan firavan həyatlarını yaşayırlar. Bunu musavat.com belə yazıb. (http://azpress.az/index.php?lang=az§ionid=news&id=59067)

“Sahil-D Kompani” MMC şirkətinə digər ortaqlarını aldadaraq, saxta direktor təyin etdiyi Ədilağa Hüseynov vasitəsilə bəzi media orqanlarına çıxış imkanı qazanan “maqnat” həbsxana həyatını ən qısa vaxtda sona çatdırmaq üçün çapalamaqdadır.

► Bir intiharın gizlinləri…

İ.Qasımovla birgə evyıxanlıq edən sabiq komitə sədrinin qardaşı da xüsusi iştirakçı olub. Elə ki N.İbrahimov erası bitdi, çoxdan üzərində araşdırmalar olan, şikayətlər gedən qardaşı şərikinin yanına – həbsə göndərildi.

2015-ci ilin iyununda isə Sahib İbrahimovun şəriki, 1964-cü il təvəllüdlü Məzahir Cəfərov intihar etmişdi. M.Cəfərovun adı “Sahil D” kompleksi işindən tanışdır.

Onun intiharından sonra Sahib İbrahimovun digər şəriki İlham Qasımov mətbuata açıqlama verərək Sahib İbrahimovu Bakı Əyləncə Mərkəzində birlikdə inşa etdirdikləri 4 binadan ibarət kompleksin tikintisinə sərmayə qoymadığı halda mənzilləri təkrar sataraq pulunu mənimsəməkdə təqsirləndirirdi.

Belə məlumatlar var ki, Sahib İbrahimovun həbsi məhz bu işin üzərindən gerçəkləşib. Həmin vaxt İlham Qasımov bildirmişdi ki, S. İbrahimov onun xəbəri olmadan müəssisənin kassasından 8 milyon 250 min manat pul götürüb, bununla yanaşı, 200 mənzili təkrar fərqli adamlara satıb.

S.İbrahimov isə ortağının ittihamlarını rədd edirdi. Kompleksə 16 milyon 625 min dollar sərmayə yatırdığını, ona çatacaq əmlak payının məhkəmə vasitəsilə bərpa edildiyini bildirirdi. Bütün bunlardan əziyyət çəkən isə sadə vətəndaşlardırlar.

Kim kimin pulunu mənimsəyib, kim kimə qarşı dələduzluq edib, hansı məmur onlara qahmar çıxıbsa, fərq etmir, batan pul da, əldən çıxan mülk də adi, əlinin qabarı ilə pul qazanıb özünə yuva alan vətəndaşlarındır. Odur ki, onlar prezidentdən və cənab R.Usubovdan kömək gözləyirlər.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ