SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuz rayon baxçaları kartof yığımına görə, biznesin çiçəklənməsinin qurbanına çevrilib

Tovuz rayon baxçaları kartof yığımına görə, biznesin çiçəklənməsinin qurbanına çevrilib

Tarix:

18-08-2018, 10:29

/ 2 693 dəfə oxundu.
Tovuz rayon baxçaları kartof yığımına görə, biznesin çiçəklənməsinin qurbanına çevrilib

Övladlarımızın həyata hazırlığı məhz ilk olaraq baxçalardan başlayır. Baxçalarda körpələrə ilk hərf, ilk rəqəm öyrədilir. Vətən anlayışı duyğularla dolu səlnamələri olan mərdlik, nağıları qəhrəmanlıq dastanlarıda elə bu yaşlardan övladlarımıza müəllimələri tərəfindən öyrədilməkdədir. Bütün bunlar reallıq olsada reallığa kölgə salıb öz bildiyini edənlərdə məhz elə bu tərbiyə ocağından başlamaqdadır. Hər bir addımın ilki olduğu kimi qanunsuzluqlarında ilk addımları baxçadan başlaması sanki bir şərtə çevrilib.

Bu gün əldə etdiyimiz məlumat görə,Tovuz rayonunda baxçalar özlərinə istirahıt günləri təyin ediblər. Beləki Tovuz rayon kəndlərində fəaliyyət göstərən baxçalar icra hakimiyyətinə tabe olmağına baxmayaraq başına buyruq addımları ilə əhalini narazı salmaqdadırlar. Sən demə Tovuz kənd sakinləri hələdə baxçanın saat 18:00 qədər körpələrə qayğı göstərməsinin nə olduğunu belə görməyib hələ qala ki digər yazıda sadalayacağımız məsələləri. Dəhşətlisi odur ki, Baxçalarda körpələrə verilməli olan qidalardan tutmuş onların əl-üz yumasına lazım olan sabuna qədər valideynlərin büdcəsindən təşkil edilməkdədir. Belə olan halda bunun nəyi baxça olur sanki valideyn evində dayə tutub övladına qulluq etdirirmiş kimi hər bir xırda detalara qədər xərcləri qarşılamaqdadırlar. Aldığımız digər məlumatlarda isə bütün baxçalarda qanun pozuntuları olduğu halda Tovuz rayon icra hakimiyyəti tərəfindən maliyələşən uşaq baxçalarının maliyyəsidə tən yarıdan bölünərək ciblərə getməkdədir. Bununla Tovuz gəncliyi hara gedir?
Kəndlərdə baxça 9:00 fəaliyyəti başlaması əvəzinə 10:00-da iş başlamaqdadır. Avqust ayından Tovuz baxçalarında durğunluq müşahidə edilməkdədir ki buda baxça müdirələri və işçiləri tərəfindən valideynlərə birdə sentyabrın 15-də işləyəcəyik ifadələrinin qanun tanımayan idarəçilik prinsiplərinin hökmündən xəbər verməkdədir. Əməkdaşımızın məsələ ilə bağlı bir neçə kənd uşaq baxçalarına baş çəkməsi məsələnin cümə günü olmasına baxmayaraq işləməyən bağlı qapılarla rastlaşdığı baxçalar haqqlı giley edildiyinidə müşahidə edib. Əməkdaşımızın Düz Qırıqlı kənd körpələr evi-uşaq bağçası, Dönük Qırıqlı, Köhnəqala, Alakol və Əyyublu kəndlərində apardığı müşahidələr məhz sözün bitdiyi ünvanda olduğundan xəbər verirdi. Ən maraqlısı isə bu gün hakimiyyət dairələrində tanınan şəxslərin bir vaxtlar rəhbər vəzifələrdə olduğu Əyyublu kəndində baş verən qanun pozuntuları olub. Əyyublu kəndində məhz üç ədəd körpələr evi fəaliyyət göstərməkdədir ki, bunlardan heç birinin qapısının açıq olmaması gün ərzində müşahidə edilib. “Əyyublu kənd ”Nərgiz” körpələr evi-uşaq bağçası, Əyyublu kənd 1N-li körpələr evi-uşaq bağçası, Əyyublu kənd 2N-li körpələr evi-uşaq bağçası” bu baxçalara rəhbərlik edən müdirələr isə göründüyü qədər Azərbaycan respublikasının qanunları çərçivəsində deyil öz istəkləri və himayədarlarının tapşırıqları əsasında fəaliyyətlərini tənzimləməkdədirlər. Əyyublu kəndində körpələrin baxçaya getməməsinin səbəblərini və baxçanın niyə bağlı olması ilə bağlı xırda bir araşdırmamız zamanı əldə etdiyimiz məlumatlar bizidə şoka saldı. Əhalinin bildirdiyinə görə, baxçaların fəaliyyət göstərməməsinin əsas səbəblərindən biri kartof yığımına start verilməsidir. Bundan əlavə olaraq orta ümümtəhsil ocaqlarında olduğu kimi baxçalarında rəhbərlərinin kənd caamatına verdiyi məlumata istinadən deyə bilərik ki, 15 sentyabr müddətindən tez uşaq baxçası Tovuz rayonunda fəaliyyətə başlayacaq. Görəsən paytaxtla regionlar arasında qanunlarımızda ayrıseçkilik mövcudur...? Milli Məclisin qəbul etdiyi qərarlarda region və mərkəzlərdə olan dövlət müəssisələrinin fəaliyyət müddətlərində deyişiklik edib yoxsa...?
Əyyublu kənd 2N-li körpələr evi-uşaq bağçası müdirəsi Əkbərova Çimnaz İsrafil qızından münasibət öyrənmək istəsəkdə təsüflər olsun ki, müdirə xanım (qapıları bağlı qalan baxçada) iş başında olmadığından məsələyə aydınlıq gətimək mükün olmayıb. Həmçinin Əyyublu kənd 1N-li körpələr evi-uşaq bağçası müdirəsi Qurbanova Kəmalə Vaqif qızı və digər baxça müdirəsinində yerində olmaması məsələnin nə ilə bağlı olmasına aydınlıq gətirə bilməməyimizə səbəb oldu.

Mövzu qayıdacağıq...

Redaksiyadan: Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ