SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Türkiyədə dollar altı lirəni keçdi

Türkiyədə dollar altı lirəni keçdi

Tarix:

17-08-2018, 14:34

/ 1 436 dəfə oxundu.
Türkiyədə dollar altı lirəni keçdi

Türkiyədə dolların məzənnəsi 4,69% artaraq, 6,087 lirəyə yüksəlib.

Avronun da məzənnəsi 4,88% artıb.

Nəticədə avro 6,97 lirəyə bərabər olub.

10:10

Bu gün səhər saatlarında Türkiyədə aparılan valyuta əməliyyatlarında dollar lirəyə nisbətdə 0,37% yüksəlib.

Dolların alış və satışı 5,83 lirə təşkil edib.

Avropa Birliyinin vahid valyutası olan avro da lirəyə nisbətdə yüksəlişə keçib. Avronun alışı 6,64, satışı 6,71 lirə olub.

Bu valyuta üzrə bahalaşma 1% təşkil edib.

Qeyd edək ki, dünən Qatar əmiri Al Saninin Türkiyəyə 15 milyard dollar sərmayə yatıracağı yönündə bəyanatı dolların lirəyə nisbətdə 6 faiz dəyər itirməsinə səbəb olmuşdu.

Şərhlər

XƏBƏR LENTİ