SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Razim Məmmədov payızda yola salınır – səbəb tikinti xaosu və ...

Razim Məmmədov payızda yola salınır – səbəb tikinti xaosu və ...

Tarix:

16-08-2018, 13:08

/ 3 506 dəfə oxundu.
Razim Məmmədov payızda yola salınır – səbəb tikinti xaosu və ...

Uzun zamandır ki, dövlət başçısının göstərişi ilə Bakının baş planının hazırlanması istiqamətində işlər aparılır. Bakıda icra başçılarının yol verdikləri qüsurlar, tikintilərə verilən icazələrlə bağlı araşdırmalar aparılıb. Məlumat verən mənbə bildirir ki, baş nazir Novruz Məmmədovun göstərişi ilə artıq müvafiq komissiya da fəaliyyətə başlayıb. Komissiyanın tərkibində Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və hüquq mühafizə orqanlarının təmsilçiləri də var. İnformasiyaya əsasən Bakının ən iri rayonlarından biri olan Xətaidə icra başçısının tikintilərlə bağlı verdiyi icazələr, rəsmi razilaşdırmalar araşdırılır.

Xətaidə yaşıllıqların məhv edilməsi, əvəzində isə qanunsuz olaraq tikintilərə icazə verilməsi faktları aşkarlanıb. Danışan mənbə bildirir ki, Razim Məmmədovun verdiyi sərəncamlarla bağlı ciddi şübhələr var. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu rayonda yaşıllıqların məhv edilərək yerində tikintilərin aparılmasına dair böyük bir qovluğu baş nazirə təqdim edib.

Daxil olan informasiyada bildirilir ki, təkcə qanunsuz tikililərə icazə verməklə deyil, eyni zamanda qanunvericiliyin müvafiq məsuliyyət yaradan məqamlarına görə də Razim Məmmədov məmur olaraq hərəkətsizlik və səhlənkarlıqlara da yol verməklə, Xətaidə plansız tikinti xaosuna şərait yaradıb.

Yeri gəlmişkən yazını hazırlayarkən daha bir dövlət qurumundan rəsmi olaraq məlumat yayıldı ki, Xətai rayonu İnqilab İsmayılov küçəsində daha bir tikinti özbaşnalığı faktı baş verib. Rayon sakinlərinin şikayətlərini araşdıran Bakı Nəqliyyat Agentliyinin rtəsmisi Mais Ağayev bildirib ki, həmin ərazidə avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib. Tikinti aparan şirkət dayanacağı hasarlayıb və dövlət əmlakına ciddi ziyan vurub. Məlumata görə, bu faktla bağlı dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edən sakinlərə hec bir cavab verilməyib. Nəticə etibarilə də artıq bu gün daha bir rəsmi dövlət qurumu rayon icra hakimiyyətinin ən yumşaq ifadə etsək səhlənkarlığından şikayətçidir.
Məlumat verən mənbə bildirir ki, hazırda Razim Məmmədovla bağlı ən yüksək dairlərdə müzakirələr aparılmaqdadır. Sentyabrın birinci ongünlüyünə qədər Xətainin icra başçısı işini itirə bilər. Lakin prosses təkcə vəzifəsini itirməklə deyil, eyni zamanda Razim Məmməovla bağlı araşdırmaların davam etməsi ilə də sürdürüləcək. Mövzu ilə bağlı detallı araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az
Razim Məmmədov payızda yola salınır – səbəb tikinti xaosu və ...
Razim Məmmədov payızda yola salınır – səbəb tikinti xaosu və ...

Şərhlər

XƏBƏR LENTİ