SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zərdabda Meşə idarəsinin rəisinin işi araşdırılır – nazirdən sərt göstəriş

Zərdabda Meşə idarəsinin rəisinin işi araşdırılır – nazirdən sərt göstəriş

Tarix:

16-08-2018, 13:05

/ 1 564 dəfə oxundu.
Zərdabda Meşə idarəsinin rəisinin işi araşdırılır – nazirdən sərt göstəriş

Dünən məlumat vermişdik ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nazirliyin tabeçiliyində olan 45 Meşə Muhafizəsi və Bərpası Müəssisələrini ləğv edib. Bu müəssisələrin əvəzinə isə 15 regional İdarə yaradılıb.

Nazirlik aparılan bu islahatlara isə iqtisadi və iş prinsiplərinin səmərəliliyin artırılması donu geyindirir.

Muxtar Babayevin həyata keçirdiyi islahatlar heç də burada çalışan insanların ürəyincə olmayıb. Belə ki, aparılan islahatlar nəticəsində nazirliyin 1000 minə yaxın əməkdaşı ixtisara düşüb. Kütləvi ixtisarların aparılması işçilərin hüquqularının pozulması ilə yanaşı hökumətin sosial müdafiə qurumlarını da çətin vəziyyətdə qoyur.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev də dəfələrlə dövlət və özəl qurumlara tövsiyə verib ki, sosial vəziyyəti aşağı olan insanlar işdən azad edilməsinlər.

Daxil olan informasiyaya əsasən Muxtar Babayevin başlatdığı “təmizləmə” prossesi bununla da bitmir. Nazirliyin tabeçiliyində olmuş və ləğv edilən idarələrin rəhbərləri ilə bağlı araşdırmalar da başlayıb. Məlumata əsasən bu ilin iyun ayının 6-da Muxtar Babayevin müvafiq əmrinə əsasən nazirlikdə yeni - Audit şöbəsi yaradlıb və Fərid İslamov şöbə müdiri təyin olunub. Fərid İslamovun uzun illər Babayevin köməkçisi olub. F.İslamovun nazirin yaxın adamı olmasıyla yanaşı, həm də bütün prosseslərə nəzarət etməyə başladığı da deyilir. Məhz ləğv edilmiş idarələrdə aparılan yoxlamalara da birbaşa olaraq İslamovun rəhbərlik etdiyi söylənilir.
Daxil olan informasiyaya əsasən ən çox pozuntulara yol verən Zərdab Rayon Meşə Bərpası İdarəsidir. İdarənin rəisi Bəxtiyar Əhmədov uzun illər vəzifədə olub və bu gün o yeni yaradılan regional qurumda rəhbər olmaq istəyir.
İnformasiyaya əsasən Bəxtiyar Əhmədovla bağlı toplanan faktlar isə kifayət qədər ciddidir. Elə daxili audit yoxlamaları nəticəsində Əhmədovun “ölü canlar”dan ibarət ştat cədvəlinin olması, məzuniyyət pullarının artıq yazılması də büdcə vəsitlərinin digər təyinatlar üzrə israf edilməsi faktları da ortaya çıxıb. Meşə təsərrufatları ərazilərinin ayrı-ayrı şəxslərə otlaq sahələri olaraq qeyri-rəsmi icarəyə verilməsinə dair də Gundeminfo.az-a kifayət qədər ciddi informasiyalar daxil olub. Məlumata əsasən Bəxtiyar Əhmədov nazirliyin balansında olan və Kür çayı sahilindəki meşə təsərrüfatı üçün nəzərdə tutulan torpaqları fermerlərə otlaq və əkin sahələri kimi icarəyə verərək əvəzində qeyri-rəsmi qazanc əldə edib
Saytımıza bilgi verən mənbə iddia edir ki, indi Muxtar Babayevin sabiq nazirdən qalan kadrlarını təftiş etməsinə isə nazirliyin aparat rəhbəri Rövşən Cəlilov mane olmağa çalışır. Lakin yoxlamalar davam edir və bu səbəbdən də Muxtar Babayev ən yaxın adamına daxili audit aparmağı həvalə edib. Onu də əlavə edək ki, dünən rəsmi olaraq Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Məlum olub ki, ən çox büdcə yeyintisinə yol verən dövlət qurumlarından biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarələridir.

Zərdab Meşə Bərpası Müəssisəsində bu günə qədər baş verən pozuntularla bağlı araşdırmalarımızın davamı olacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Gundeminfo.az
Zərdabda Meşə idarəsinin rəisinin işi araşdırılır – nazirdən sərt göstəriş
Zərdabda Meşə idarəsinin rəisinin işi araşdırılır – nazirdən sərt göstəriş
Zərdabda Meşə idarəsinin rəisinin işi araşdırılır – nazirdən sərt göstəriş
Zərdabda Meşə idarəsinin rəisinin işi araşdırılır – nazirdən sərt göstəriş

Şərhlər

XƏBƏR LENTİ