SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İçindən nəcis çıxan “Patron” tumları Tərtərdə necə hazırlanır? - Şok detallar

İçindən nəcis çıxan “Patron” tumları Tərtərdə necə hazırlanır? - Şok detallar

Tarix:

15-08-2018, 14:17

/ 13 047 dəfə oxundu.
İçindən nəcis çıxan “Patron” tumları Tərtərdə necə hazırlanır? - Şok detallar

Bu günlərdə “Patron” günəbaxan tumunun içərisindən it nəcisi çıxması bu məhsulu istehsal edən firmanın fəaliyyətini araşdımaq zərurəti yaradıb

Mediaya istinadla xəbər veririk ki, tumdan it nəcisi çıxması “Patron”a olan inamı sarsıdıb. Çünki nə nəcis ora əllə qoyula bilər, nə də satıcıların işi olar.

Görünür, istehsal prosesi gedən yer olduqca natəmiz, gigiyenik tələblərə və normativlərə cavab verməyən bir ərazidir.

Belə ki, bu haqda Şabran şəhər sakini məlumat verib. O, uduşlu olduğu üçün "Patron" tumunu aldığını, lakin tumun qabını açarkən bəxtinə it nəcisi çıxdığını bildirib.

Bu, "Patron" tumlarının hansı şəraitdə qablaşdırıldığının bariz nümunəsidir. Tərtər rayonunda istehsal olunan "Patron” tumlarının üstündəki reklamdan aydın olur ki, istehsalçı alıcılara uduşlu lotereya qazanmaq fürsəti verir.

Amma görünür "Patron”un içindən çıxan da elə binəva istehlakçıya özünəməxsus bir "hədiyyədir”. Şirkətin Elvin adlı nümayəndəsi bununla bağlı ağlabatan bir açıqlama verməyib.

Fiziki şəxs Elşad Malik oğlu Məmmədov tərəfindən istehsal olunan "Patron" günəbaxan tumları elə deyəsən yaxın vaxtlarda da satışdan çıxarılacaq.

İndidən istehlakçılara fırıldaq yolu ilə sırınan bu tumları istehsal edən sahibkarın gələcəkdə hansısa uğur qazanacağına inandırıcı deyil.

Çünki bu tumlar artıq indidən istehlakçılar arasında keyfiyyətsiz məhsul kimi tanınmağa başlayıb. Adıçəkilən məhsulun aldadıcı reklamı əsasən bölgələrdə yayılıb.

Əslində elə "Patron" günəbaxan tumları qabının üzərində yazılana görə, Elşad Məmmədov həmin tumları Tərtər rayonunda istehsal edir.

Hansı şəraitdə, necə istehsal olunmağından isə hələlik məlumat yoxdur. Amma tum istehsalçısı adamı elə aldadır ki, elə bil bu məhsulun işərisindən ən azından qızıl, brilliant və digər qiymətli əşyalar çıxacaq.

Yalançı vədlərə inanan istehlakçı da həmin tumları bəh-bəhlə alır ki, bəs bu dəqiqə nəsə udacaq. Amma tumu alandan sonra məlum olur ki, burada nə uduş var, nə də hədiyyə.

Bu yolla cənab Elşad Məmmədov pul qazanır, camaat isə şirnikləndirici reklam və aldadıcı vədlərə uyur, sonda peşman olur.

Mediaya istinadla xəbər veririk ki, ümumiyyətlə bu tumların içərisindən heç bir hədiyyə çıxmır. Sadəcə, istehsalçı istehlakçını bu cür aldadır.

Hərənin bir fırıldaqçılıqla istehlakçıları aldatdığını görən bu fiziki şəxs də belə bir üsul seçib. Tumun qabının üzərinə "hədiyyəli" yazmaqla insanları aldadıb biznesini artırır.

İlk dəfə mal bazara çıxanda bir ikisinin içərisinə hədiyyə kontur və sair mallar yerləşdirmişdilər ki, alıcılar şirniklənsin.

Ondan sonra təmiz yığışdırdılar. Artıq bu tumların içərisindən heç nə çıxmır. Daha doğrusu çıxır, it nəcisi çıxır...

Əslində problemin həlli bizim üçün deyil, Elşad müəllimin özü üçün, "Patron"günəbaxan tumlarının bazarda sağlam rəqabətə tab gətirməsi üçün vacibdir.

Biz isə bu prosesin istehlakçılara vurduğu ziyanı, sahibkarın milyonlarla istehlakçını aldatmasından narahatlıq keçiririk.

Və ümid edirik ki, bu məsələyə sahibkar özü və bazara nəzarət edən aidiyyəti qurumlar reaksiya verəcək . Əks halda "Patron" bir az da gözdən düşəcək, bazarda rəqabətə dözməyib iflasa uğrayacaq.

Hələlik isə günəbaxan tumlarının sağlığımız və bəxtimizlə oynaması haqqında: Yəqin siz də müşahidə etmisiniz, əksər hallarda günəbaxan və qarğıdalı tumlarının qabından kimyəvi tərkibi məlum olmayan hansısa “kitayski” oyuncaq, hətta corab da çıxır.

Bunun nə dərəcədə doğru olduğunu, sağlığımıza hansı zərbələri vurduğunu bilməkdən ötrü mütəxəssis olmağa ehtiyac yoxdur. Təəssüf ki, azyaşlılar həvəslə mağazaların piştaxtalarında bu məhsulları axtarır.

Bugünün azyaşlısının günəbaxan tumlarına olan bu həvəsi 15-20 ildən sonra “uğurlu nəticəsini” göstərir. Sonsuzluq xəstəliyini başına bəla edib, klinikalarda sürünür...

İşbaz qardaşlarımız sağlığımızla oynamaqla kifayətlənməyib, həm də bəxtimizlə oynayır. “Bəxtinizi bir daha sınayın”, bu çoxlarımıza tanış nağıldır. Bunun başqa adı saxta uduş kampaniyaları ilə millətin başına corab hörməkdir.

Etiraf edək ki, bu işbazlar bəxtimizlə oynamaqla müəyyən qədər müştəri də toplaya biliblər. İndi uşaqlar daha çox hədiyyə sahibi olacaqlar deyə, tum alırlar.

Yeri gəlmişkən əksər hallarda uduş sevinci də ürəklərdə qalır. İşbazlar müxtəlif bəhanələrlə insanlara udduqları hədiyyəni verməkdən boyun qaçırırlar. Beləcə bəxtimiz də sağlığımızla bərabər qurbanlıq olur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ