SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Səbail rayonunda mənzildən 7 min manatlıq pul və qızıl oğurlandı

Səbail rayonunda mənzildən 7 min manatlıq pul və qızıl oğurlandı

Tarix:

15-08-2018, 12:17

/ 1 238 dəfə oxundu.
Səbail rayonunda mənzildən 7 min manatlıq pul və qızıl oğurlandı

Badamdar qəsəbəsi, Dağlar küçəsində yerləşən mənzildə oğurluq cinayəti baş verib.
Naməlum şəxs və ya şəxslər Şahin Sadıqova məxsus mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaqla 1000 manat, 1300 ABŞ dolları və 4 min manatlıq qızıl oğurlayıblar. Zərərçəkən baş vermiş cinayətlə bağlı Səbail RPİ-nin 41-ci Polis Bölməsinə məlumat verib. Hadisə yerinə gələn əməliyyatçılar pəncərədəki əl-barmaq izlərinin nümunələrini götürüblər və hadisə şahidlərinin izhatlarını alıblar.
Faktla bağlı Səabil RPİ-nin İstintaq şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsiylə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ