SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Camaata yarım milyon pul “atan”ın məhkəməsi başladı

Camaata yarım milyon pul “atan”ın məhkəməsi başladı

Tarix:

14-08-2018, 14:10

/ 1 369 dəfə oxundu.
Camaata yarım milyon pul “atan”ın məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyonluq dələduzluqda təqsirləndirilən hüquqşünas İradə Cəfərli və Yeganə Məmmədovanın məhkəməsi başlayıb.

Hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Y. Məmmədova həbs edilib, İ.Cəfərli isə ev dustaqlığındadır. Altı nəfər zərərçəkmiş İ. Cəfərliyə qarşı 515 min manat dəyərində mülki iddia pulun onlara ödənilməsini istəyiblər.

Proses avqustun 20-də davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər evləri plana düşmüş “Sovetski” sakinlərini aldadaraq onlara söz veriblər ki, banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər onlar üçün alacaqlar.

Zərərçəkmişlərdən biri, şəhid olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq üçün, digəri bacısını həbsxanadan çıxarmaq ümün, başqa biri isə mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq üçün İ. Cəfərliyə külli miqdarda pul verib.

Bu işdə 12 nəfər zərərçəkən kimi tanınıb.

Bakı sakini Samirə Həsənova banklarda girov olan evlərdən birini ucuz qiymətə almaq üçün 120 min manat, anası Çimnaz Həsənova 100 min manat, Rüfət Tağıyev 80 min manat, Fəxriyyə Məmmədova 52 min manat, bacısı Mehriban Məmmədova 80 min manat, bacısı qızı Gülnar Əliyeva 68 min 500 manat pulu İ. Cəfərliyə verib.

İradə Cəfərli bundan öncə də eyni əmələ görə məhkum olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməməsinin hökmü ilə şərti cəza alıb və azadlıqda qalıb.

Şərhlər

XƏBƏR LENTİ