SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ancelina Coli psixiatrik klinikaya göndərildi

Ancelina Coli psixiatrik klinikaya göndərildi

Tarix:

14-08-2018, 11:50

/ 2 182 dəfə oxundu.
Ancelina Coli psixiatrik klinikaya göndərildi

Hollivud aktrisası Ancelina Coli onu daim təqib edən artıq çəki düşüncələri səbəbi ilə psixiatrik klinikaya yerləşdirilib.

“The Hollywood Weekend”ə istinadla xəbər veririk ki, Coliyə “psixiki pozulma” diaqnozu qoyulub. O, bulimiya və anoreksiyanın müalicəsi ilə məşğul olan klinikada müalicə alır: aktrisa yenə də arıqlamaq fikrindən azad ola bilmir.

Sözügedən səhiyyə ocağına Colinin yolu artıq bir dəfə, hələ Bred Pittlə evli olduğu zaman, düşüb. O dövrdə aktrisa həddindən artıq kök olduğunu düşünürdü.

Nəticədə 1,69 metr boya malik Coli 44 kiloqrama qədər arıqladı. Onun özünü ölümcül hala gətirəcəyindən ehtiyatlanaraq, Hollivud ulduzunu hospitala yerləşdirmişdilər.

Colinin bu dəfə klinikada 2 həftə keçirəcəyi planlaşdırılır. Bu müddət ərzində onun baş rol aldığı “Malifisenta - 2” filminin çəkilişlərində fasilə yaranacaq.

Şərhlər

XƏBƏR LENTİ