SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Məhkəmə Koçaryanı azadlığa buraxdı - İstintaq Xidməti etiraz etdi

Məhkəmə Koçaryanı azadlığa buraxdı - İstintaq Xidməti etiraz etdi

Tarix:

14-08-2018, 11:34

/ 1 533 dəfə oxundu.
Məhkəmə Koçaryanı azadlığa buraxdı - İstintaq Xidməti etiraz etdi

Ermənistanın Apellyasiya məhkəməsi ötən gün eks-prezident Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Erməni KİV-nə istinadən xəbər veririk ki, siyasətçi toxunulmazlıq hüququndan istifadə edib.

Qeyd edək ki, Koçaryan iyulun sonlarında həbs edilib. O, ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunub. Eks-prezident isə ona qarşı irəli sürülən ittihamı siyasi motivli adlandırıb.

Ölkənin Xüsusi İstintaq Xidməti isə Apellyasiya məhkəməsinin qərarını “qanunsuz” adlandırıb. XİX hesab edir ki, məhkəmə öz səlahiyyələri çərçivəsindən kənara çıxıb: “Ümid edirik ki, Baş Prokurorluq kassasiya şikayəti verəcək”.

Şərhlər

XƏBƏR LENTİ