SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Yasam residence” 70 ağacı birdən kəsib, ETSN rəsmisi isə hədə qorxu gəlir –VİDEO

“Yasam residence” 70 ağacı birdən kəsib, ETSN rəsmisi isə hədə qorxu gəlir –VİDEO

Tarix:

14-08-2018, 10:40

/ 5 372 dəfə oxundu.
“Yasam residence” 70 ağacı birdən kəsib, ETSN rəsmisi isə hədə qorxu gəlir –VİDEO

Son dövrlərdə Bakıda yaşıllıqların məhv edilməsiylə bağlı bir çox görüntü yayılıb. Bundan öncə də qeyd etmişdik ki, paytaxtımızda son illərdə dözülməz istilər həm də ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi, ekoloji vəziyyətin ağırlaşması ilə əlaqədardır.
Görün, Bakıda son 10-15 il ərzində nə qədər yaşıllıq məhv edilib?! Hektarlarla yaşıllıq doğranıb. Hamısı da oliqarxların, onlara bağlı olan biznesmenlərin yeni obyektlər, binalar tikməsi, əlavə gəlir əldə etməsi üçün. Bunların kökündə də korrupsiya dayanır.
Əvəzində biz nə itiririk? Təmiz hava, övladlarımız üçün oyun meydançaları və ümumən sağlamlığımızı.

ETSN-ə xatırlatma –“ Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”

Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir.
Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu bildirib:
Prezident İlham Əliyevin ağackəsimi ilə bağlı çıxışından sitat (13 aprel 2014, Nazirlər Kabinetinin iclası, yekun nitqi)
"Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Bəli, məsələ də elə burasındadır ki, yaşıllıqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, daha dəqiq desək, oliqarx-tikinti şirkətləri ilə cinayət sövdələşməsinə getmiş bəzi rəhbər şəxslərin icazəsi ilə qırılır.

Bu faktları ölkə başçısının diqqətinə çatdırmaq niyyətindəyik.

Tikinti mafiyası və əlaltıları

Tikinti mafiyası ilə əlaqəli olan rəhbər şəxslər ETSN-də həm sabiq nazirin, həm də indiki nazirin vaxtında da var. Ayda bir-iki dəfə mətbuata hansısa sahibkarın ,yaxud vətəndaşın ağac kəsimi ilə bağlı cərimələndiyi, hətta həbs edildiyi xəbərləri ötürülür. Bunlar hamısı gözdən pərdə asmaqdır. Nəsimi. Yasamal, Xətai, Nizami rayonlarında tikinti adı altında hektarlarla yaşıllıq məhv eilir. Hər gecə ağaclar kəsilir.
Dəfələrlə bu haqda Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbova və diğərlərinə məlumat vermişik. Hətta təklif etmişik ki, özümüz gedək ağac kəsilən yeri göstərək tədbir görün. Heç bir xeyri olmayıb. Bu adamlar sadəcə ağacların qorunmasında maraqlı deyillər.
Məsələn, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 173-177, Xan Şuşinski 40-44 ünvanlarını əhatə edən böyük ərazi.Yüzlərlə ağac ya kəsilib , ya budanıb.
Bu haqda yazmışıq, ətraflı şəkilişlər olub (http://azerinfo.az/gundem/32301-heyder-eliyevin-xeyir-duasi-ile-salinan-yashilliqlar-nesimi-rayonunda-nece-mehv-edilir-video-foto.html)

Yenə Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının arxasında təkcə Cavadxan 21,25,27,17, və 23 ünvanda, 5 yerdə bina tikinti aparılıb. Onlarla ağac məhv edilib. (http://azerinfo.az/gundem/32232-hereye-bir-agac-kesek-nesimi-rayonundan-videoreportaj.html)
Belə videosüjetlərimiz çox olub və ETSN heç bir reaksiya verməyib.

Hədə-qorxu gələn departament rəisi

Bəs ağacların kəsiminə necə hüquqi don geyindirilir. Bugünlərdə əməkdaşımız Nəsimi rayonu, 20 yanvar küçəsi 30-da hasara alınmış böyük bir ərazidə kütləvi ağac kəsiminə hazırlığı aşkar edib. Ərazini “Yasam residence” şirkəti hasarlayıb və yaxınlarda tikinti başlayacaq. Çəkiliş zamanı yerli sakinlərdən biri dedi ki, gecələr ərazidə olan ağacları gizlicə qırıb daşıyırlar. Onun dediyinə görə 70-dək zeytun ağacı kəsilib.
Diğər bir rusdilli vətəndaş ərazinin yuxarı hissəsində 5 ağacın kəsildiyinin şahidi olub.
Tikintini aparanlar vətəndaşları sakitləşdirmək üçün deyiblər ki, xüsusi texnika var, ağaclar guya başqa əraziyə köçürüləcək.
İndi bu maraqlı məqam haqda. Əslində ağaclar heç yana köçürülmür. ETSN-nin Dövlət Ekspertiza İdarəsi rəy verir, icazə verir bununla da iş qutarır. Nazirlər Kabinetinə də məlumat verilir ki, ağaclar köçürülüb. Sənədləşmə yəni belə aparılır. Əslində gənc ağaclar köçürülə bilər. Hərçənd ki, heç onları da köçürmürlər.Yaşlı ağacları isə köçürmək mümkün deyil. Faktiki olaraq hamısı odunluğa gedir. ETSN-nin Dövlət Ekspertiza İdarəsi rəhbəri Azər Aslanov hardasa hesabat veribmi? Ağaclar hara köçürülür, yerini bilən varmı? Köçürülürsə o mifik yaşıllıq ərazi haradadır.
“Yasam residence” ilə bağlı Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbova telefonla məlumat verəndə çox əsəbiləşdi. Hədə-qorxu gəlib “başımıza oyun açaçağını” dedi. Fakt qarşısında başqa bir söz deyə də bilməzdi. Həmin danışığın audioyazısını təqdim edirik.
Daha sonra onun Fəxrəddin adlı işçisi telefon açaraq yalandan deyir ki, guya ərazidə olub akt tərtib ediblər. Tikinti hələ təzə başlayıb. Akt harda, necə yazılıb? Vətəndaş deyir ki, 70 ağac bir gecədə kəsilib. Bu cinayət işidir. Akt yazmaq , cərinmə etməkdən iş keçib. Yaşıllıq kütləvi məhv edilmək üzrədir.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevdən tabeçiliyində olan şəxslərin fəaliyyətinə nəzər salmağı xahiş edirik.
Prokurorluq orqanları da “Yaşam residence”-nin hasarladığı ərazidə baş verən cinayəti araşdırmalıdır.
Araşdırmamız davam edəcək.

Azerinfo.az


“Yasam residence” 70 ağacı birdən kəsib, ETSN rəsmisi isə hədə qorxu gəlir –VİDEO
“Yasam residence” 70 ağacı birdən kəsib, ETSN rəsmisi isə hədə qorxu gəlir –VİDEO
“Yasam residence” 70 ağacı birdən kəsib, ETSN rəsmisi isə hədə qorxu gəlir –VİDEO
“Yasam residence” 70 ağacı birdən kəsib, ETSN rəsmisi isə hədə qorxu gəlir –VİDEO
“Yasam residence” 70 ağacı birdən kəsib, ETSN rəsmisi isə hədə qorxu gəlir –VİDEO
“Yasam residence” 70 ağacı birdən kəsib, ETSN rəsmisi isə hədə qorxu gəlir –VİDEO

Şərhlər

XƏBƏR LENTİ