SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qaradağın icra başçısı qurtuldumu? - "Mühacir işi" hələ araşdırılır

Qaradağın icra başçısı qurtuldumu? - "Mühacir işi" hələ araşdırılır

Tarix:

13-08-2018, 17:55

/ 1 412 dəfə oxundu.
Qaradağın icra başçısı qurtuldumu? - "Mühacir işi" hələ araşdırılır

Türkiyədə həbs olunaraq Azərbaycan gətirilən keçmiş deputat Hüseyn Abdullayevlə yaxın əlaqələri səbəbindən hüquq-mühafizə orqanlarının diqqətini cəlb etdiyi deyilən Qaradağ rayon icra hakimiyyətinin hazrkı başçısı Süleyman Mikayılovla bağlı yeni informasiya daxil olub.

Məlumatlı mənbənin iddialarına görə, Qaradağ RİH rəhbəri "Quska" ilə əlaqələrindən dolayı bu vaxta qədər istintaq orqanları tərəfindən dindirilməsə də, onaq arşı kifayət qədər ciddi ittihamların yer aldığı faktlar toplanıb.

Mənbə açıqlamasında iddia edir ki, yaxın vaxtlarda həmin faktlar üzrə hərəkətə keçilə bilər: "Yəni Süleyman Mikayılov yarımçıq qalmış kimi görünən "mühacir işi"nə görə sorğu-suala çəkilə bilər".

Mənbə onu da əlavə edib ki, eyni zamanda daha bir neçə məmur və sahibkarın bu məsələ ilə əlaqədar "silisə çəkiləcəyi" gözlənilir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ