SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu rayonlarda yoxlama - Qanun pozuntuları aşkar edildi

Bu rayonlarda yoxlama - Qanun pozuntuları aşkar edildi

Tarix:

13-08-2018, 17:10

/ 1 794 dəfə oxundu.
Bu rayonlarda yoxlama - Qanun pozuntuları aşkar edildi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluq paytaxtdakı qanunsuz tikililərlə bağlı birgə tədbirlər keçirib.

Komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında Bakı şəhərinin Xətai, Binəqədi, Nəsimi və Nizami rayonlarında yoxlamalar keçirilib.

Müəyyən edilib ki, bir çox hallarda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin tikintilərin aparılması üçün Bakı şəhər İcra Hakimiyyətindən tikintiyə icazənin alınması təmin edilməyib.

Rayon icra hakimiyyəti orqanları tərəfindən səlahiyyətləri olmadığı halda tikintiyə icazə verilib, habelə müvafiq qaydada ərazi planlaşdırma sənədlərinin təsdiq edilməyib, tikintisinə icazə verilən obyektlər barədə sənəd və məlumatların tikintilərin Dövlət reyestrinə təqdim edilməməsi kimi qanun pozuntuları aşkar olunub.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ