SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Anar Məmmədxanovun anadan olmasından 48 il ötür

Anar Məmmədxanovun anadan olmasından 48 il ötür

Tarix:

20-07-2018, 09:56

/ 1 489 dəfə oxundu.
Anar Məmmədxanovun anadan olmasından 48 il ötür

Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.

xalqxeber.az xəbər verir ki, o, 1970-ci ildə Bakı şəhərində anadan olub.

1987-ci ildə Bakı şəhəri 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.

1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.

Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.

1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

O, 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.

Evli idi, üç övladı yadigar qalıb.

Şərhlər

XƏBƏR LENTİ