SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Təhsil Naziri Beyləqan gələcəyinin məhv edilməsinə nə vaxta qədər susacaq...?

Təhsil Naziri Beyləqan gələcəyinin məhv edilməsinə nə vaxta qədər susacaq...?

Tarix:

19-07-2018, 16:04

/ 1 753 dəfə oxundu.
Təhsil Naziri Beyləqan gələcəyinin məhv edilməsinə nə vaxta qədər susacaq...?

Bu gün Beyləqan təhsilinin acınacaqlı durumundan bir çox saytlar ürək yanğısı ilə yazır, Beyləqan ziyalıları isə bu vəziyyətdən çıxış yolunu keçmişlə bu günün bağlarını qoharılmasında görməkdədirlər. Təhsil Nazirliyi isə vəziyyətdən çıxış yolunu tapa bilməməsi artıq nazirlik tərkibində kadr çatışmazlığından xəbər verməkdədir. Bir sözlə bu vəziyyətin hər bir qurum əsl səbəbini bir zadda görür. Amma görünən odur ki, hələ məsələnin əsl mahiyyətinə varan yoxdur. Mahiyyətin aydınlaşmamasını subut edən dəlilər isə 15 ildən də çox bir zaman keçməsinə baxmyaraq məsələnin həll edilməməsidir. Həl yolunun tapılması isə Beyləqan Təhsili özünün əvvəlki məcrasına qayıtmasına rəvac vrmiş olardı. Bu problemin səbəbini kimisi əvvəlki Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovda, kimisi isə Təhsil biganə qalan icra başçısında görməkdədir. Düzdür Beyləqan Təhsili bugünkü duruma düşməsində başı qalmaqaldan ayılmayan, gah əxlaqsızlıqda, gah rüşvtdə adı halannan ümumiyyətlə təhsildən xəbəri olmayan təhsil aldığı institutu 11 ilə bitirən saxta diplomlu Tofiq Sadıqovun xidmətləri az olmayıb.
Amma məsələnin əsl səbəbi isə elə bu cür təyinatların yersiz edilməsindən qaynaqlanıb. Ona görə ki, Beyləqan Təhsilinə ən savadlı və bacarıqlı kadr təyini belə vəziyyət dəyişməsinə aparıb çıxarmadı. El dili ilə desək maraqlara qurban verilən təhsildirsə sabahına ümidsizlik elə bu başdan təmin edilmişdir. Məşhur bir filimdə deyildiyi kimi “keçici bayraq heç üfüqdə də görünmür”. Beyləqan Təhsilinin hazırda iflic vəziyyətə düşməsinin əsl səbəbkarı Beyləqan ziyalıları arasında Üsamə Ben Laden ləqəbi ilə tanınan Hüsaməddin Babayevdir. Düzdür savadlıdır, savadlı olmaq isə maraqlara xidmət etməlisən prinsipini yaratmamaqdadır. Bu şəxs öz baçaraqlarına gələcək nəsili qurban seçib. Tamahı zəkasından iti olan H. Babayevdir rəhbərliklərə yalan məlumatlar ötürülməsində də mahirlik nümayiş etdirməkdədir. Bu şəxsin bu qədər “bacarığı” qarşısında nazirlik ona ad belə verməyir. Savdını və bacarığını mənfi xarakterinə uyğun olaraq öz şəxsi ambisiyalarının həmçinin Vaqif Abdullayevin maraqlarınını həyata keçirilməsinə sərf edir. Beyləqan sakinləridə bu şəxslərin sıcaq münasibətlərindən xəbərdar olduqları kimi aparılan oyunlarında tamaşaçısına çevriliblər. İstəmədəndə olsa tamaşaçı qismində qalan sakinlər rəhbər şəxslərin hansı dönəmdə düzələcəyini ümidlə gözləsədə qəbul edilməyəcək duaya amin demək misalına bənzəməkdədir. H.Babayev çox güclü komuflyaj olunmaq qabiliyyətinə malik olduğundan V.Abdullayevin yan yörəsində görünməklə RTŞ əsas səlahiyyətlisi olduğu mesajını verməkdədir. O, çox məharətlə öz daxili eybəcərliklərini cəmiyyətin məhvinə yönəldib. Belə varlıqlara isə cəmiyyətdə Buqələmun deyilir. Çünki o asanlıqla düşdüyü mühitin rənginə düşə bilir. Bu bacarıq da onun hələ də Təhsil kimi vacib, dövlət əhəmiyyətli bir sahəsində qalmasına və öz çirkin oyunlarını və ambisiyalarını həyata keçirməsinə yardımçı olub. Qınanılası da deyil bunu yaradan elə rayon rəhbərinin şəxsi maraqları ilə üst üstə düşən T.Sadıqovun maraqları yaradıb. H.Bbayevin əsl simasını görmək üçün gəlin birlikdə yaxın faciəvi bir tarixə ekskurs edək. Bu da dediklərimizin tam sübutu olmuş olar. Hamı onun hələ məktəb direktoru işlədiyi dövrdə sabiq təhsil şöbəsinin müdiri haqq dünyasında olan Fazil Abbasovun həyət bacasında ağac belləməklə, evinə xidmətçi kimi bazarlıq etməklə nə bilim daha nə kimi yollarla və üsullarla etimad qazanaraq rəhmətə getmiş yeznəsi Əvəz Babayevin yerinə müdir müavini keçməyə müvvəfəq olmuşdur. Elə həmin gündən də Beyləqan Təhsilinin qara günləri başladı. RTŞ kimin rəhbər olmasından asılı olmayaraq yalan ayaq tutub yeriməyə başladı. Bir çox savadlı kadrlar el dili ilə desək torba tikilərək pedeqoji fəaliyyətlərinə xitam verildi. Çox keçmir ki, H.Babayevin sayəsində Beyləqan Təhsilində yeni qaydalar tətbiq edilir. Məktəb direktorları aylıq hesaba otuzdurulur, bundan əlavə 54 məktəbin dərnək və fakültətivlərinə ayrılan vəsaitlər müəllimlərə deyil Babayevə ödənilir, üstəgəl attestat və şəhadətnamə biznesini qurur. Bir sözlə qaz vurub qazan dolduran Benladen və onun sadiq dostu T.Sadıqov əlbirliklə təhsilin məhvini hədəfləyirlər. Bir zaman hazırkı zamanla desək tarixdə baş verən olay hələdə müammalar silsiləsində özünə yer tapıb. Maarif şöbəsinin kassasından külli miqdarda müammalı şəkildə Beyləqan 54 məktəbin bütün çalışan müəllim kollektivinin aylıq əmək haqqları oğurlanır. Bu pulu oğurlayanlar və oğurladanlar xüsusi ilə planın ideya rəhbəri Hüsaməddin Babayev tərəfindən Respublika səviyyəsində xüsusi komissya təşkil edilir. Komissiya yoxlamalara başlayır və cinayət işi Fazil Babayevin boynunda qalır və bununla da o vaxtkı maarif müdiri indi də Beyləqan ziyalıları tərəfindən hörmətlə anılan rəhmətlik Fazil Abbasova ağır zərbə vurulur.
Çox çəkmir ki, xəyanətin qurbanı olan Fazil Abbasov bu hadisədən ağır xəstəlik keçirir və rəhmətə gedir. Hamı yaxşı bilir ki vaxtı ilə qapısında ağac dibi belləyən H.Babayev yeni müdirinə xoş getsin deyə heç Fazil Abbasovun üzr mərasimlərinə də getmir. Yeni müdirin yəni T.Sadıqovun gəlişi Hüsaməddin Babayevin meydanını genişləndirir, qol qanadını tamam açır. Beləliklə iki rüşvətxor müdir və müavin demək olar ki təhsilin bütün sahələrindən pul qazanmağa başlayırlar. Bu cütlüklər təhsil şöbəsinə sanki topdan satış mərkəzi kimi baxaraq ordan gələn gəlirləri pay pürüş etməklə milyonlarına milyonlar qatırlar. Əslində Tofiq Sadıqov kimi bacarıqsız, təhsildən heç anlayışı olmayan, rüşvətə susamış bir adamın təhsil Şöbəsinə müdir gəlməsi Hüsaməddin Babayevin tam ürəyincə olur. Beyləqanın üzdə olan ziyalıları tərəfindən deyilmiş söz bu gündə bir zərb məsələ çevrilmiş ifadə yaranır: “Bnunla da Beyləqan təhsili məhv oldu”. Tarix göstərdi ki elin gözü tərəzidir. H.Babayevlə T.Sadıqovun təyinatları heçdə irələyişə deyil məhvə yönəlimiş seçim oldu. 15 ilə yaxın Təhsil Şöbəsinin müdiri işləyən Tofiq Sadıqovun dövründə külli miqdarda dövlət vəsaiti mənimsənildi bu gün belə həmin mənimsəmələrin sayəsində həm T.Sadıqov həm də şəriyi olan H.Babayev imarət və mal mülk sahibinə çevrildilər. Elə burda ataların yaxşı misalı yada düşür hörmətsizi hörmətli edən cibinin qalınlığıdır. Bu elə də uzaq olmayan yaxın keçmişdir ki, bu da heç kəsin yadından çıxmayıb. Təməli o zamandan qoyulan qeyri maddi istehsal sahəsi olan təhsilə maddi istehsal sahəsi kimi baxan və “rüşvət biliyin anasıdır” devizini əsas tutan, əsası Hüsaməddin Babayev tərəfindən qoyulan pul qazanmaq ənənəsi bu gündə Hüsaməddin Bababyev tərəfindən qorunub saxlanılır. Baxmayaraq ki, artıq Tofiq Sadıqov təhsil şöbəsinin müdiri deyil amma nə çarə çay öz məcrasında axmaqda davam edir. Bütün bu qanunsuzluqların baş verməsinə isə bir müəllim yaxud director səsini çıxara bilmir. Hətta yalan izahat yazmağa belə bəcbur edilir. İcra başçısının sevimlisi olduğun iddia edən H.Babayev bütün pedeqoji kollektivi bu minvalla qorxu altında saxlamaqdadır. Bu gün təhsil Şöbəsinə Xuraman Rüstəmova rəhbərlik etməsinə baxmayaraq bunun qarşısını ala bilmir və sabah başqa bir təyinat olacağı halda bunun dəyişiləcəyinə ümid etmək yanlış qərar olacaqdır. Çünki, Hüsaməddin Babayev onun ideyalarına qarşı çıxan hər kəsi yolunun üstündən götürməyi artıq ustasına çevrilib. Necə ki, bu gün onunla müəyyən dərəcə də fikir ayrılığana malik olan Xuraman Rüstəmovanı yolunun üstündən səbirlə və ustalıqla götürməyə çalışığı kimi. Media qurumlarına maddi subutlar adı altında yalan məlumat ötürən H.Babayev bütün bunları belə T.Sadıqovun vasitəsi ilə reallaşdırmaqdadır.
Hüsaməddin Babayev və ətrafına topladığı komandasına çayxanlarda keçirdiyi toplantılarında qurduğu oyunların qurbanlarını mükəməl taktiki gedişlərlə ləkələmə sxeminin təhlilin aparmaqdadır. Bu yolla təhsil şöbəsinin müdirinə təsir etmək və onu yolundan döndərmək və bildiklərini etməyə çalışırlar. Beləliklə bu gün də Hüsaməddin Babayev sərbəst və toxunulmaz şəkildə sakit bir guşəyə çəkilib 50 yə yaxın məktəb direktorundan ayda 50 manatdan aylıq 2500 manat hesabını alır, hər məktəbə yoxlama turları başladılanda məktəb başına 500-1000 manat hesab, itmiş attestatlara görə hərəsindən 400-500 manat müqabilində yeni attestatın verilməsi, attestat və şəhadətnamə sezonu başlayıb yenədə həmin 50 yə yaxın məktəb direktorundan hər məzun başına görə 10-20 manatdan hesabını alacaq ki bu da bir sezona 20.000-25.000 manat hesab deməkdir. Bu da Təhsil Nazirliyinin dünya standartları səviyyəsində həyata keçirdiyi islahatlara bir məmur tövhəsi. Bu yolla özünə külli vəsait toplayan Hüsaməddin Babayev Beyləqan Şəhər Peşə məktəbinin ərazisini qanunsuz olaraq zəpt edib özünə ən bahalı bir villa tikdirib, şəhərdə novostroykadan evlər alıb hələ xarici maşınları və cipləri danışmırıq. Bunu Əcəmi metrostansiyasında şənbə və bazar günləri dayanmaq lazımdır ki, şahidi olasan. Görəsən bunları aylıq olsa olsa 400 yaxud 500 manat aldığı maaşın hesabına edib bəlkə? Əsla! Kimə desən də buna gülər, doğurdanda gülüş doğuracaq ifadə olardı. Dövlət qulluqçusu kimi bir şərəfli ada və işlədiyi dövlət orqanının nüfuzunu aşağı salan əmmələrə nə adı vermək olar?
Cənab Nazir Ceyhun Bayramov biz bildiyimizi, eşitdiyimizi və gördüyümüzü qələmə aldıq bundan sonrasının qərar sizindir Beyləqan təhsili batacaq ya qalacaq sizing qələminizin mürəkkəbindən asılıdır.

Cianews.info

Şərhlər

XƏBƏR LENTİ