SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Heyvandarlıq Elmi-Tdqiqat İnsititutunda nələr baş verir? - İTTİHAM

Heyvandarlıq Elmi-Tdqiqat İnsititutunda nələr baş verir? - İTTİHAM

Tarix:

19-07-2018, 12:13

/ 1 574 dəfə oxundu.
Heyvandarlıq Elmi-Tdqiqat İnsititutunda nələr baş verir? - İTTİHAM

Bu gün qeyri-neft sektorundan hesab olunan kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafının təməli elmi-tədqiqat institutlarında qoyulur. Belə ki, həm əkinçilik, həm də heyvandarlığın inkişafına xidmət göstərəcək elmi-tədqiqat institutlarının hazırda demək olar ki, maddi-texniki bazası dövlət tərəfindən təmin olunsa da əfsuslar olsun ki, Gəncəbasarda bu yöndə görülən və ya görüləcək işlər yalnız rəhbər işçilərin mənafeyinə hələ ki, xidmət edir.
Əldə olunan məlumatlar, o cümlədən faktlar, izlədiyimiz video-görüntü bu kimi problemləri özündə əks etdirdiyindən üz tuturuq Kənd Təsərrüfatı Nazirliyinə, eləcə də Aqrar Elm Mərkəzinə. Bu gün gəncəbasarda fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutundan sonra, üz tutduq inzibati cəhətdən Göy göl rayonu ərazisində yerləşən Heyvandarlıq Elmi- Tədqiqat İnstituna . Gördüklərimizdən və işçilərin dediklərindən, əldə etdiyimiz məlumatlardan məlum oldu ki, adı gedən instituta direktor təyin olunan Mahir Hacıyev burada hər hansı elmi nailiyyətlər əldə etmək deyil, özünə gəlir mənbəyi axtarışındadır. Gördüyümüz mənzərə, elə deyəsən yeni gəlir mənbəyi axtarışında olan direktoru tam qane edib. Belə ki, bir müddət əvvəl, yəni adı gedən instituta təyinatından öncə ADAU-da işləyərkən əsas gəlir mənbəyi quşçuluq olan direktor tam axtardığını bu institutda tapıb. Əlavə işçi qüvvəsinə, “inkubator”a, elektrik enerjisinə və s. sərmayə qoymadan gəlir əldə etmək bu gün Mahir Hacıyevin şəxsi biznesinin çiçəklənən dövründən xəbər verir. Yerində gördüyümüz mənzərə deməyə əsas verir ki, hazırda elmi-tədqiqat institunun 55000 yumurtalıq “inkubator”u uzun illərdir ki, Hacıyevlərin ailə biznesləri sayılan, quşçuluq sahəsində əsas gəlir mənbəyinə çevrilib. Bu gün günün tələbinə deyil, direktorun təlabatına uyğun olaraq elmi-tədqiqat institunun elmi işçiləri laboratoriyalarda hər hansı elmi araşdırmalarla deyil, kişi-elmi işçilər 40-45 dərəcə günün altında ot biçməklə məşqul olurlar. Qadın elmi işçilər isə növbəli şəkildə institutun həyətindəki fermada direktora məxsus cücə saxlayıb böyütməklə gününü keçirir. Elmi-Tədqiqat insititunun hesabına əldə olunan gəlirlər direktora məxsus olsa da, tək elektrik enerjisinin dövlətin hesabından getməsi büdcə talanından xəbər verir.

Ölkə başçısının Gəncə şəhərinə sonuncu səfəri ərəfəsində Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstituna Seyfəddin Talıbovun vasitəsi ilə direktor təyin olunan direktor Mahir Hacıyev hələ də hər hansı elmi nailiyyətlərdən deyil, yenicə tam təmirdən çıxmış maddi-texniki bazası zəngin olan institutdan istirahət və şəxsi biznesinin şaxələnməsi üçün istifadə edir.
Elmi-tədqiqat instituna məxsus heyvanlar yaylaqda olsalar da işçilərin dediyinə görə, orada olan heyvanların coxu yenə də şəxsidir. Yəni direktor özünə məxsus mal-qaranı dövlətin hesabına saxlayıb artırmaqla özünün gəlirini yenə də dövlət hesabına artırmaqla məşquldur.
Bu aralarda direktor Mahir Hacıyevin yaxın qohumu İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki sabiq səfiri ( 2013-2015) Arif Məmmədov Azərbaycanı hər hansı məsələlərdə ittiham edərkən, yəqin praktik olaraq öz qohumunun iş prinsipini model götürüb araşdırır. Belə ki, Gəncədə doğulmuş sabiq səfir Arif Məmmədov öz Facebook səhifəsində Azərbaycanla bağlı məmur özbaşınalığından və xalqın səbrinin tükənməsindən yazarkən qohumu olan Mahir Hacıyevin elmi işçiləri feodal olaraq özünə gəlir gətirəcək sahələrdə muzdlu kimi işlətməsini hədəfəmi alır?

P.S. Heyvandarlıq Elmi-Tədqiqat İnstitundan olan şikayətçilərdən biri yeni təyin olunan direktor Mahir Hacıyevin ondan rüşvət olaraq iki qoyun aldığını və sonradan Göygöl rayon prokurorluğunda aparılan araşdırmalar zamanı məlum olur ki, direktor institutun əyri-əyskiyini ört-basdır etdiyini bəhanə gətirib. Yuxarıda qeyd olunan problemlərlə əlaqədar əldə etdiyimiz video çəklişləri təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ