SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanlı “Kedicik”lər Türkiyədə həbs olundu

Azərbaycanlı “Kedicik”lər Türkiyədə həbs olundu

Tarix:

19-07-2018, 12:12

/ 2 221 dəfə oxundu.
Azərbaycanlı “Kedicik”lər Türkiyədə həbs olundu

Türkiyədə saxlanılan Adnan Oktarın ilk ifadəsindən sonra daha 38 nəfər həbs olunub. AzEuroNews.com-un əldə etdiyi məlumatda deyilir ki, beləcə həbs olunanların sayı 400-ə çatıb.

Türkiyədən əldə etdiyimiz özəl məlumata görə, dünən Türkiyə polisinin keçiridyi əməliyyat nəticəsində Adnan Oktarn şirkətlərində çalışanlardan 35-i həbs olunub. Onların arasında azərbaycanlılar da var. Həbs olunan azərbaycanlılardan 9-nun Naxçıvan Muxtar Respublikasının Babək, Şərur, Sədərək və Culfa rayonlarından, 5-nin Bakının müxtəlif rayonlarından olduqları ilə bağlı məlumat əldə etmişik.

Xatırladaq ki, Türkiyədə həbs olunan Adnan Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

Xüsusi əməliyyat zamanı çox sayda silah, gülləkeçirməz köynək və zirehli maşınlar da ələ keçirilib.

Şərhlər

XƏBƏR LENTİ