SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Aprel şəhidinin anası prezidentdən kömək istədi - Müraciət

Aprel şəhidinin anası prezidentdən kömək istədi - Müraciət

Tarix:

19-07-2018, 10:27

/ 1 384 dəfə oxundu.
Aprel şəhidinin anası prezidentdən kömək istədi - Müraciət

Aprel döyüşləri zamanı xüsusi qəhrəmanlıq göstərib şəhid olan gizir Pəncəli Teymurovun anası mətbuat vasitəsi ilə ölkə rəhbərinə müraciət ünvanlayıb.

Moderator.az-a istinadən həmin müraciəti təqdim edirik:

Azərbaycan Respubliksının Prezidenti İlham.Əliyev cənablarına.

Astara rayonun Asxanakəran inzibati ərazi vahidinin Əzərüd kənd sakini Ağayeva Vahimə Xeybər qızı tərəfindən

Müraciət!

Möhtərəm Cənab Prezident!
Mən, 2016-cı ilin aprelində Talış yüksəkliyinin alınmasında qəhrəmanlıq göstərərək şəhid olmuş, hələ sağlığında Sizin 24 iyun 2015-ci il tarixli Sərəncamınıza əsasən “İgidliyə görə“, ölümündən sonra, 19 aprel 2016-cı idə “ Vətən uğrunda “ medalları ilə təltif olunan, öz toyunda özünə Azərbaycan üçün şəhid olnmağı arzulayan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 17 illik kəşfiyyatçısı, bütün xalq tərəfindən əsl qəhrəman kimi qəbul edilən əfsanəvi Pəncəli Teymurovun anasıyam. Sizin kimi dövlət başçısı ilə fəxr etdiyimə görə və Siz hər bir azərbaycanlının Prezidenti olduğunuz üçün bu gün Astara rayonunun bütün dağda yaşayan əhalini olduqca narahat edən ağrılı bir məsələ haqqında Sizə müraciət edirəm.

Sizə müraciət etəyimin səbəbi odur ki, hələ 13 aprel 2015-ci ildə Astara rayonunun Taxtanakəran-Toradi yolunun çəkilməsi barədə Sərəncama əsasən yaşadığımız dağ kəndlərinə “Azəravtoyol “ şirkəti tərəfindən 2015-2017-ci illərdə tələm-tələsik və başdansovdu formasında çəkilmiş yol heç bir standarta uyğun deyildir. Yollar tam genişləndirilməmiş, yoxuşlar olduğu kimi təhlükəli formada saxlanılmış, heç bir yerdə dolanbaclar verilməmiş, müdafiə qurğuları düzəldilməmiş, yolun çox hissələrində yağış və sel sularının axıdılması üçün kanallar çəkilməmiş, ən başlıcası isə, 26 yolun 13 km-nə asfalt birbaşa palçığın üstünə tökülmüş və bunun nəticəsində hələ də təhvil verilməyən yolun ( Motlayataq- Taxtanakəran hissəsi, 13 km ) asfaltı tamamilə dağılmış, üç çayın üzərində suyu ötürmək məqsədilə quraşdırılmış qurğulaıı sel suları tamamilə dağıtmış və cəmi bir maşının keçə biləcəyi bir xətt qalmışdır. Bütün bunların səbəbkarı isə soyadını bilmədiyimiz Əmir adlı iş icraçısıdır. O, demək olar ki, işlədiyi müddətdə ictimaiyyətin nümayəndələrinə heç əhəmiyyət verməmiş, verimiş tövsiyələri qulaqardına vurmuş , ancaq istədiyini , bildiyini etmişdir. Yolun 13 km hissəsində asfaltın altına, ümumiyyətlə çınqıl döşənməmiş, nəticədə, yol hələ də dövlətə təhvil verilməsə də, artıq 13 km məsafədə afalt döşənmiş yol dağılmış partlamış, və yağış, sel suları yolun partlayan yerləri ilə yanaşı bütün hissələrini də dözülməz vəziyyətə salmışdır.

Çox insanlar mənə sual edə bilər ki, bütün bunlar sənin nəyinə lazımdır? Amma, mən onu düşünürəm ki, Sovet hökuməti bütün mövcudluğu ərzində dağlarda yaşayan Astara əhalisi üçün heç nə etməmişdi, bizi insan yerinə qoymamışdılar, camaat əzab-əziyyətlə yaşayırdı. Yolun olmaması üzündən neçə xəstəmizi rayona çatdıra bilmədiyimiz üçün yollarda vəfat etmişdilər. Amma Siz müdrik rəhbər olaraq bu böyük layihənin müəllifi oldunuz , sərəncam verdiniz və yolun çəkilməsi üçün 12 milyon manat ayırdınız. Lakin həmin vəsaitin təyinatı üzrə xərclənmədiyi göz qabağındadır və “Azəravtoyol” MMC-nin rəhbərliyi bu yarıtmaz işinə görə həm Sizin, həm də xalqımızın qarşısında məsuliyyət daşıyır. Sizin ürəkdən xalqınız üçün hər bir problemi həll edirsinizsə, onda bu şirkətin ixtiyarı var ki, Prezident Sərəncamına məsuliyyətsiz yanaşsın?. Bizi də narahat eədən odur ki, yolun müəllifi hörmətli Prezidentdirsə, qalan vəzifəli şəxslərin nə ixtiyarı vardır ki, bu vacib qərarın yerinə yetirilməsində dövlət intizamını pozur, öz bildiyini edirlər?

Qeyd edim ki, Sizin eyni tarixdə verdiyiniz Sərəncama əsasən qonşu Miki kəndində də yeni yol çəkilmişdir. Lakin, həmin yol da bütöv dağıldığından əhali şikayət etmiş və hazırda həmin yola keçən il döşənmiş asfalt təmizlənib götürülür və yenidən döşənir.

Biz, bütün əhali olaraq Sizin qayğınızı görür, dəyərləndirir və aprelin 11-də Sizə elliklə açıq səs vermişik. Çünki, 70 il tərkibində olduğumuz sovet hökuməti, dünyanın super dövləti olsa da, kosmosu fəth etsə də, hətta Aya özüyeriyən kosmik aparat endirsə də, Astara rayonunun dağ kəndlərinə yol çəkməmişdi. Siz isə bu xeyirxah işi görməklə, minlərlə insanın qəlbində öz əbədi heykəlini qoymusunuz. Bizi də narahat eədən odur ki, yolun müəllifi hörmətli Prezidentdirsə, qalan vəzifəli şəxslərin nə ixtiyarı vardır ki, bu vacib qərarın yerinə yetirilməsində dövlət intizamını pozur, öz bildiyini edirlər. Ona görə də, yolumuzun çəkilməsində dövləti aldadan və dövlət vəsaitini təyinatı üzrə xərcləməyən şəxslər barədə ciddi tədbirin görülməsini və dağılmış asfalt yola yenidən asfaltın döşənməsinə və yarımçıq qalan körpülərin inşasının başa çatdırılmasına, yoxuşlarda dolanbacların salınmasında, yolboyu yağış və sel sularının axıdılması üşün kanalların çəkilməsinə və müdafiə sədlərinin qoyulmasında kömək etməyinizi və bu vacib Sərəncamın yerinə yetirilməsini şəxsən nəzarətə almağınızı Sizdən xahiş edirəm.
Bu müraciəti Sizə ərazimizin bütün əhalisinin xahişi ilə edirəm və ümidvaram ki, tezliklə bu barədə lazımi təşkilatlar qarşısında məsələ qoyacaqsınız!

Sizə qabaqcadan təşəkkür edir və Sizə sağlam və uzun ömür diləyirəm.

HÖRMƏTLƏ: Ağayeva Vahimə Xeybər qızı
Aprel şəhidinin anası prezidentdən kömək istədi - Müraciət
Aprel şəhidinin anası prezidentdən kömək istədi - Müraciət

Şərhlər

XƏBƏR LENTİ