SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Baloğlan Əşrəfova efir qadağası qoyulub

Baloğlan Əşrəfova efir qadağası qoyulub

Tarix:

18-07-2018, 12:07

/ 2 075 dəfə oxundu.
Baloğlan Əşrəfova efir qadağası qoyulub

Müğənni Baloğlan Əşrəfov efirlərə çıxmır.

Məlumata görə, bir neçə kanaldan müğənnini qonaq qismində dəvət etsələr də, sənətçi gələ bilməyəcəyini deyib.

O bildirib ki, sentyabr ayına qədər efirə çıxmağına qadağa qoyulub.

Əşrəfovun dediyinə görə, sentyabr ayında konsert verəcək, konsertin təşkilatçısı Samir Xəttab isə müğənniyə efirlərə çıxmamağı tapşırıb.

Məsələ ilə bağlı Samir Xəttabla əlaqə saxladıq. Təşkilatçı bildirdi ki, məlumat doğrudur:

“Sentyabr ayının 8-də Baloğlan Əşrəfovun konserti baş tutacaq. Müqaviləmizə və qarşılıqlı razılaşmaya əsasən, konsertə qədər efirə çıxması və mahnı oxuması qadağandır. Əgər hər hansı bir vacib məqam yaranarsa, razılaşarıq, çıxış edər. Bu kimi qadağalar dünya praktikasında hər zaman icra edilib”.

Şərhlər

XƏBƏR LENTİ