SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Su İdman Sarayında qiymətlər əl yandırır...

Su İdman Sarayında qiymətlər əl yandırır...

Tarix:

18-07-2018, 10:29

/ 7 066 dəfə oxundu.
Su İdman Sarayında qiymətlər əl yandırır...

Dövlət hesabına tikilən üzgüçülük hovuzunda olan qiymətlər narazılığa səbəb olub.

Cebhe.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. Yayılan məlumata görə Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən Bakı Su İdman Sarayında tikilən üzgüçülük hovuzuna uşaqları 55 manata qəbul edirlər. Həmçinin bildirilib ki, sözügedən sarayda papaq 30, eynək isə 23 manata satılır.

Qeyd edək ki, məlumat insanlar tərəfindən də paylaşılaraq, səs-küyə səbəb olub. Onlar qiymətlərin baha olmasından şikayətləniblər.

Məsələ ilə bağlı olaraq Bakı Su İdman Sarayı ilə əlaqə saxladıq. Məkandan hovuzun qiymətinin 55 manat olması təsdiqlənsə də, digər suallar cavablandırılmadı.

Şərhlər

XƏBƏR LENTİ