SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Qaçqınkom" sədrinə MÜRACİƏT - "...həm də xəstə övladımızın səhhətinə pul ayırmalıyıq"

"Qaçqınkom" sədrinə MÜRACİƏT - "...həm də xəstə övladımızın səhhətinə pul ayırmalıyıq"

Tarix:

17-07-2018, 13:03

/ 1 437 dəfə oxundu.
"Qaçqınkom" sədrinə MÜRACİƏT - "...həm də xəstə övladımızın səhhətinə pul ayırmalıyıq"

Füzuli rayonu Musabəyli kəndindən məcburi köçkün, hazırda Nərimanov rayonu Arif Heydərov 31 ünvanında yaşayan Heydərova Güləbəstə Baloğlan qızı DİA.AZ vasitəsilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət ünvanlayıb.

Narazı vətəndaşın dia.az-a daxil olan müraciətinin mətnində deyilir:

"Hörmətli Rövşən müəllim. Mənim ailəm Füzuli rayonundan məcburi köçkün düşüb. Doğulandan Nərimanov rayonu Arif Heydərov 31 ünvanında yaşayıram. Yataqxanada doğulub, yataqxanada böyüməyin nə demək olduğunu yəqin ki, hər kəs anlayar. Elə yataqxanada da ailə qurmuşam. Həyat yoldaşım Heydərov Ramin Orxan oğlu da məcburi köçkündür. Artıq bir övldaımız var və yataqxana şəraiti səbəbindən övladımızın da səhhətində problemlər yaranıb. Onsuz da məhdud olan ailə büdcəmiz hesabına həm dolanışığı təmin etməliyik, həm də xəstə övladımızın səhhətinə pul ayırmalıyıq.

Amma problem bu da deyil. Bəzi bürokrat məmurlar bizim sıxıntıda olan bu gənc ailəmizin bir yerdə yaşaçasına əngəl olurlar. Daha dəqiqi, həyat yoldaşımın və övladımın mənim qeydiyyatda olduğum ünvana rəsmi qeydiyyata düşməsinə əngəl olurlar.

Hörmətli Rövşən müəllim! Sizdən xahiş edirən, biz məcburi köçkün ailəsinə bu işdə köməklik edəsiniz. Öncədən təşəkkür edirəm.

Əlaqə telefoni: 055 991 69 99".

Şərhlər

XƏBƏR LENTİ