SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Siyavuş Novruzovun qardaşı oğlu da narazılıq yaradır - GİLEY

Siyavuş Novruzovun qardaşı oğlu da narazılıq yaradır - GİLEY

Tarix:

17-07-2018, 11:39

/ 2 132 dəfə oxundu.
Siyavuş Novruzovun qardaşı oğlu da narazılıq yaradır - GİLEY

“50 nəfərdən çox Qərbi Azərbaycandan qaçqın və Şuşa şəhərindən məcburi köçkün ailəsi olaraq qanuni sənədlər əsasında Nərimanov rayonu, Dərnəgül qəsəbəsində xırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq və oradan yaşayış üçün istifadə edirik. Lakin Vergilər Nazirliyinin əməkdaşı Mehdi Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dəfələrlə bizə hədə-qorxu gəlir, sahibkarlıq fəaliyyətimizə maneçilik edir, obyekti bağlayacağı və yaşayış yerlərini sökəcəyi ilə hədələyir”.

xalqxeber.az xəbər verir ki, bu barədə Asya Əskərova və Lətifə Bəşirovanın Bizimyol.info-ya ünvanladığı müraciətdə qeyd olunub.

Şikayətçilər iddia edib ki, M.Novruzov qohumu Surxay Alıyevlə birgə heç bir vergi ödəmədən “Görüş” kafesini və şifer satışı obyektini işlədir: “Mehdi Novruzov öz qanunsuz əməllərini ört-basdır etmək üçün obyektin kassa aparatını digər şəxslərin adına sənədləşdirir. Bu barədə Vergilər Nazirliyinə dəfələrlə müraciət etsək də, Katibliyin rəhbəri Nigar Alimova Vergilər Nazirini və bizi aldadaraq “Görüş” kafesinin bağlı olduğu barədə məktublar göndərib. Halbuki həmin müddətdə Bakı şəhər Baş Polis İdarəsindən bizə göndərilmiş məktubda kafenin gecə saatlarında qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşdirilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci (Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması) 521-ci (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) və 510 (xırda xuliqanlıq) maddələri ilə inzibati protokollar tərtib edildiyi göstərilib”.

Şikayətçilər iddia edib ki, Mehdi Novruzov bir əmisi deputat Siyavuş Novruzov, bir əmisi isə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzovdu: “M.Novruzov onların adından istifadə edərək və onlara arxalanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynovun əli ilə vətəndaş Asya Əskərova barəsində heç bir əsas olmadan qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 253.2-ci (qanunsuz ağackəsmə) maddəsilə inzibati protokol tərtib etdirib. Lakin Nərimanov rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli 3(005)-839/2018 nömrəli qərarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən qanunsuz tərtib edilmiş inzibati protokol ləğv edilib”.

Vergi Məcəlləsinin 61-ci və İnzibati Xətalar Məcəlləsinin 594-1-ci maddəsinin tələblərinə əsasən qanunsuzluğa yol verən vergi orqanlarının vəzifəli şəxsləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Buna baxmayaraq vergi işçisi Mehdi Novruzov öz vəzifəsinə və onu himayə edən məmurlara arxalanaraq qanunsuz hərəkətlərini davam etdirməkdə davam edir”.

Asya Əskərova və Lətifə Bəşirovanın müraciəti əsasında Vergilər Nazirliyinə göndərdiyimiz sorğuya ilk cavab olaraq bildirilib ki, müraciət araşdırılır.

Şərhlər

XƏBƏR LENTİ