SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxda bayrağımız bu halda- Rəcəb Babaşovu cəza gözləyirmi?/FOTO

Qazaxda bayrağımız bu halda- Rəcəb Babaşovu cəza gözləyirmi?/FOTO

Tarix:

17-07-2018, 11:10

/ 1 875 dəfə oxundu.
Qazaxda bayrağımız bu halda- Rəcəb Babaşovu cəza gözləyirmi?/FOTO

Bu fotonu saat 17.30 radələrində Qazaxda olan müxbirimiz çəkib. Fotodan da göründüyü kimi, bayrağımız küləkdən paramparçadır.
Texnologiyanın indiki səviyyəsində üzərində cib telefonu olan hər kəs havanın necə olacağını günlər öncədən dəqiq müəyyən edə bilər. Bunun üçün gündə 2-3 saniyə telefonuna baxmaq kifayətdir.

Bu fotonu Qazaxın səhlənkar hökuməti üçün hazırladıq. Qarşıdakı günlərin hava xəritəsidir. Lakin görünür, Qazaxın yerli hakimiyyətinin başı başqa şeylərə qarışıb. Havaların küləkli olacağı öncədən bəlli olsa da, müvafiq sturukturlar səhlənkarlıq edib, dövlət bayrağını endirməyib, nəticədə içlər acıdan bu səhnə ortaya çıxıb.

Qazax Azərbaycanın Qərb qapısıdır, ölkəmizə quru yollarla gələn -gedən hər kəs bu rayondan keçir. Bu baxımdan, Qazax Rayon İcra Hakimiyyətinin bu səhlənkarlığı cinayət səviyyəsindədir.

Milli qəhrəmanımız Ramil Səfərov bayrağımıza həqarət edən erməni zabitini, bu həqarətə dözməyərək, haqlı yerə cəzalandırıb.

Bəs, bayrağımızı bu hala salan məsul şəxsi icra başçısı Rəcəb Babaşov cəzalandıracaqmı?

Onun özünü necə, cəza gözləyirmi?

Musavat.com
Qazaxda bayrağımız bu halda- Rəcəb Babaşovu cəza gözləyirmi?/FOTO

Şərhlər

XƏBƏR LENTİ