SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Fazil Məmmədovun kadrları qurtuldumu? - Proses davam edir...

Fazil Məmmədovun kadrları qurtuldumu? - Proses davam edir...

Tarix:

16-07-2018, 12:34

/ 1 573 dəfə oxundu.
Fazil Məmmədovun kadrları qurtuldumu? - Proses davam edir...

Hazırda qardaş Türkiyədə müalicəsini davam etdirən keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhətində irəliləyişin olduğu xəbəri hələ keçən həftə yayıldı. Onun nə zaman Azərbaycana dönəcəyi barədə isə dəqiq bilgilər yoxdur.

Amma bu arada DİA.AZ-a Fazil Məmmədovun yaxın kadrları ilə bağlı maraqlı informasiya daxil olub. Belə ki, redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin iddialarına görə, Fazil Məmmədovun vəzifə başında olan kadrlarına qarşı buna qədər başlanan proses yaxın günlərdə yenidən start götürəcək. Xatırladaq ki, bu əsnada Mikayıl Cabbarov keçmiş nazirin 7 kadrını işdən almaqla prosesin davamlılığında bir siqnal rolunu oynamış oldu. Bu proses eyni zamanda icra başçıları ilə bağlı dəyişiklik siyasətində də özünü göstərəcək. Qeyd edək ki, Fazil Məmmədovun qohumu olan Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərov yeganə icra başçısı deyildi ki, Fazil Məmmədova yaxın RİH rəhbəri idi...
Danışan mənbə iddia edir ki, Fazil Məmmədovun hazırda vəzifədə olan - Şəmkir rayon rəhbəri Alimpaşa Məmmədov..
və Qazax RİH başçısı Rəcəb Babaşov da...
Yaxın günlərdə işlərindən alınacaq. Məlumatlara görə, onların "vurulmasında" əsas rol oynayan şərt məhz Fazil Məmmədova yaxın fiqurlar olmalarıdır.
Mənbə bildirir ki, proses bu həftə ərzində start götürür: "İlk çıxdaş olunan icra başçılarından birinin məhz bu RİH rəhbərləri ola biləcəyi istisna deyil".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ