SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Şou-biznesdə böyük qalmaqal - “Başınızdan böyük danışmısız”

Şou-biznesdə böyük qalmaqal - “Başınızdan böyük danışmısız”

Tarix:

16-07-2018, 10:35

/ 2 315 dəfə oxundu.
Şou-biznesdə böyük qalmaqal - “Başınızdan böyük danışmısız”

Şənbə günü Sevil və Sevinc Səfərovalar “ATV maqazin onlarla” proqramına qonaq olublar. Əkizlərin “Hit parad” rubrikasında verdiyi açıqlamalar qalmaqala səbəb olub.

Səfərovalar “Bir çoxları iş görür. İstər xaricdə, istərsə də Bakıda. Amma uğursuz alınır. Necə ona nömrə 1 deyək? Nömrə 1 Aygün Kazımovadır” deməsi müzakirə mövzusuna çevirilib. Çoxları onların əməkdar artist Röya Ayxana söz atdıqlarını bildiriblər.

Bundan başqa, Sevil-Sevinc prodüser Tolikə söz ataraq onun yalnız Elton Hüseynəliyevin toyla bağlı işlərini həyata keçirdiyini söyləyib.
Onların bu fikirlərinə Tolik sərt şəkildə reaksiya verib: “Deyirəm ki, ay Röya, sən nə ağıllı qadınsan. Deyirsən ki, məndən danışmayın, çəkməyin, amma bu Aygünün fanatları ona yaltaqlanmaqdan bezmədilər! Mən burdan açıq deyirəm, Sevil-Sevinc siz deyildiniz Moskvada Aygün Kazımovaya salam verməyən? O da sizə hər kəsin qarşısında “Tolik, bu uşaqlara de ki, ağıllı olsunlar! Məni başqaları ilə səhv salmasınlar" demişdi. Daha sonra isə təyyarəyə minəndə Aygün Kazımovanı öpdünüz. Mənə dedilər ki, siz başqa müğənnini nəzərdə tutmusunuz. Amma əgər ürəyinizdən Röya keçibsə sizə bi məsləhət verim. Siz 20 il də oxusanız Röyanın yanında dura biləcək müğənni olmayacaqsınız.

Sizin uşaq fanatlarınız ki, sizləri 1 milyon yarım edib, bu heç kimin fikrini dəyişmir. Necə ki, Aygünün fanatları verilişdə, radioda işləyib onu tərifləyir. Aygün və Röyanı sevən sevib. Sizə nə düşüb? Gündəm yoxdur? Belə ürəklisizsə ad çəkin. Yoxsa verilişdə dedilər ki, Röya qadağadadır haqıqında danışmaq olmaz?”

O, daha sonra instaqramda canlı yayıma çıxaraq bacıların ünvanına ağır sözləri deyib.

Əkizlərin proqramda “Xatirə İslam 3 ay oxumasa, udulacaq” sözlərinə qarşı tərəf etiraz edib: “Mənim gözəl qızlarım, əvvəla sizə ayıb olsun ki, başınızdan böyük danışmısız. Bunu sizə heç yaraşdırmadım. Heç bir musiqi savadı olmayan, təzəcə sənətə gəlmiş və müğənni kimi uğura imza atmayan gənc, dəliqanlı qızlar! Necə 18 il peşəkar səhnədə olan və Azərbaycanın bütün korifeylərindən dərsini alan sənətçiyə belə deyə bilər?

Mən sizi başa düşürəm, siz çoxdandır efirlərdə yoxsuz. Yeni hit mahnınızda yoxdur. Bununla gündəmə gəlməyi düşündüz? Mən ailə qurduqdan sonra 1 il efirə çıxmadım və unudulmadım. Olduğum yerdən məmnunam.ş Hamı qulağını açıb eşitsin. Sənəti sənətim qədər olan insanlar mən barədə rəy bildirsinlər. Başınızdan böyük yerlərə burnunuzu soxmayın”.

Şərhlər

XƏBƏR LENTİ