SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Günay İbrahimli barədə polisə şikayət — 225 min manatlıq iş

Günay İbrahimli barədə polisə şikayət — 225 min manatlıq iş

Tarix:

13-07-2018, 12:33

/ 2 715 dəfə oxundu.
Günay İbrahimli barədə polisə şikayət — 225 min manatlıq iş

İş adamı kimi tanınan Nuriyyə Aslan qızı Əhmədova müğənni Günay İbrahimli barəsində polisə rəsmi ərizə ilə müraciət edib.
“Ölkə.Az”ın məlumatına görə, N. Aslanova Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, 2015-ci ildə Günay Xəlil qızı İbrahimli onu aldadıb və 225 min manat pulunu alıb.
İş adamı ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.
'Günayın mənə borcu var və verməlidir. Günay mənə 225 min manat borcludur. Onunla aramızda müqavilə olub. Mən ona pul qoyurdum, pulu geri qaytarmaq zamanında Günay aradan çıxdı, zənglərimə cavab vermədi. Artıq 3 ildir məndən qaçır. Bu işin yüzlərlə şahidi var. Rəhman, Zümrüd Mirzəliyevadan başlayıb bu söhbət. Prodüserlər, anası gəlib ifadə verib. Günayın atası da qızının problemini bilir. Günay, atası, anası və mən notariusda birlikdə müqavilə bağlamışıq. Sadəcə bu pullar rəsmi ödənilməyib. Bir mahnını almaq, ona klip çəkdirmək üçün hissə-hissə pullar ödəmişəm. Bəstəkar İsmayıl Əsədov, Samir, Elşad Xose yaxşı tanıyır məni. Rejissor Ülviyyə Könüllə Günaya klip çəkdirmişəm. Son 3 il yarıma qədər Günaya nə pul xərclənibsə, mənim cibimdən gedib''.
N.Əhmədova deyir ki, Günaya xərclədiyi pulları ödəmək vaxtı olduğunu deyəndən sonra qaçmağa başlayıb:
''O vaxtkı produsseri Toma xanımla işləyən vaxtı oturub hesabladıq ki, pulları ödəmək vaxtıdır. Bundan sonra Günay həmin Toma xanımı da ləğv etdi. Hansı prodüser başlayır ki, ödəniş etmək lazımdır, Günay onu ləğv edir. Özüm uşaq deyiləm, hüquqşünasam və sonacan gedəcəm. Günay gəlib məni tapıb. Mənim tekstil biznesim var, toy təşkilatçısı olmuşam, amma xeyriyyəçilik etməmişəm. Layihəmiz olub ki, özümüzə aid müğənnimiz olsun, yəni biznes məqsədi olub. Qazanmaq istəmişəm, amma alınmayıb, Günay aradan çıxıb”.

Şərhlər

XƏBƏR LENTİ