SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yeni nazirin köhnə nazirdən "ƏXZ ETDİKLƏRİ"... - Onun adına İlqar Rəhimov deyərlər...

Yeni nazirin köhnə nazirdən "ƏXZ ETDİKLƏRİ"... - Onun adına İlqar Rəhimov deyərlər...

Tarix:

25-06-2018, 13:01

/ 3 190 dəfə oxundu.
Yeni nazirin köhnə nazirdən "ƏXZ ETDİKLƏRİ"... - Onun adına İlqar Rəhimov deyərlər...

Hələ Füzuli Ələkbərovun vaxtlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini postunu "bron etmiş" İlqar Rəhimovla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Belə ki, DİA.AZ-ı bilgiləndirən mənbəyə görə, Səlim Müslümovun dövründə də eyni qaydada nazirliyin "baş kassirliyini" çiyinlərinə çəkən İlqar Rəhimov bu gün nədən yeni nazirə şirindir - bu sualı cavablandırmaq o qədər də çətin deyil. Mənbə iddia edir ki, Sahil Babayevə "yaxın sahilləri" əməlli-başlı tanı edə bilmiş İlqar Rəhimov gənc nazirimizi o qədər şirnikləndirib ki, hətta ona nazir qoyulmazdan əvvəl verilən təlimat və tapşırıqları birdəfəlik unudub.

Xatırladaq ki, buna qədər də İlqar Rəhimovla gənc nazirin münasibətlərinin əlahiddəliyindən yazmışdıq. Deyilirdi ki, əgər rayon şöbələrinə müdiri Səlim Müslümovun dövründə 100-150 minə qoyurdulara, indi bu rəqəm 300 minə qalxıb. O xəbərdə həm də iddia olunurdu ki, İlqar Rəhimov görəvində qala bilməsi üçün 500 minindən də keçməli olub. İndi belə bir təfəkkür sahibinin yeni heyət daxilində bazar açdığını eşitmək kimsədə təəccüb yarada bilməz.

Yeni nazirin köhnə nazirdən "ƏXZ ETDİKLƏRİ"...

Danışan mənbə bildirir ki, indi İlqar Rəhimovun bu şəkildə ictimailəşdirilməsi Sahil Babayevin özünü çətin duruma salıb: "Elə sənn edirdi ki, məsələni ört-basdır edəcək. Amma artıq gecdir. Və İlqar Rəhimov da onu kifayət qədər öz maraqlarına tabe etdirə bilib. Yəni yaxanı əldən verib. Hara yönəldilsə, gedəcək. Bu isə o deməkdir ki, biz Sahil Babayevdən nəsə gözlənəli deyilik. Elə sadəcə olaraq Səlim Müslümovun dövrünü xatırlasaq yetər. Necə ki, Sahil Babayev bizə həmin dövrləri zaman-zaman xatırladacaq".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ