SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Qaçqınkom"un yeni şefinə müraciət etdi olmadı... - İndi də prezidentdən kömək istəyir

"Qaçqınkom"un yeni şefinə müraciət etdi olmadı... - İndi də prezidentdən kömək istəyir

Tarix:

25-06-2018, 09:59

/ 2 144 dəfə oxundu.
"Qaçqınkom"un yeni şefinə müraciət etdi olmadı... - İndi də prezidentdən kömək istəyir

Bir neçə gün əvvəl Füzuli rayonundan olan gənc məcburi köçkün ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən kömək istəsə də, səsinə səs verənin olmadığını bildirir. Bu barədə DİA.AZ vasitəsilə komitə sədrinə müraciət edən Füzuli sakini Heydərov Ramin Orxan oğlu yazır.

Redaksiyamıza göndərilən yeni müraciətdə bildirilir ki, Heydərov Ramin Orxan oğlu bu dəfə prezident İlham Əliyevdən kömək istəyir. Narazı vətəndaş yazır:

"Hörmətli Prezident! Siz hər zaman məcburi köçkün ailələrinə xüsusi diqqətinizlə sevgimizi qazanmısınız. Odur ki, son ümid yeri olaraq Sizdən kömək istəyirəm. Bəri başdan bildirim ki, "Qaçqınkom"un köhnə və yeni rəhbərliyinə dəfələrlə müraciət etsəm də, mənə - gənc ailə başçısına kömək edən yoxdur. Əslində, problemim böyük olmasa da, kimlərsə bunu sanki şişirdərək yardım etmək istəmədiklərindən böyük nəsnə halına gətiriblər.
Cənab Prezident! Mən gənc ailəmlə - həyat yoldaşım və 1 yaşlı oğlumla birgə Nərimanov rayonu ərazisində, Arif Heydərov küçəsi 31 ünvanında yerləşən yataqxanada məskunlaşçışıq. Qeyd edim ki, ailə həyatı qurandan sonra həmin yataqxanada yaşayırıq. Həyat yoldaşım və övladım yataqxanaya qeydiyyatda olsalar da, qanuni ailənin başçısı olan bəndənizin qeydiyyatına bu vaxta qədər süni əngəllər yaradılıb".

Daha sonra dia.az-a daxil olan müraciətin mətnində bildirilir:

"Hörmətli İlham Əliyev cənabları! İnanıram ki, mənim gənc ailəmin daha da möhkəm olması üçün mənim də həmin ünvanda qeydiyyata alınmağıma köməklik edəcəksiniz. Xahiş edirəm, bizə köməklik edin. Ailəm adından öncədən təşəkkür edirəm".

Əlaqə telefonu: 055 991 69 99

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ