SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həftəsonu dənizə gedə bilərsiz

Həftəsonu dənizə gedə bilərsiz

Tarix:

22-06-2018, 16:37

/ 1 360 dəfə oxundu.
Həftəsonu dənizə gedə bilərsiz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət gününə olan hava proqnozunu açıqlayıb.

Daxil olan məlumatda bildirilir ki, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, günün əksər saatlarında hava şəraiti yağmursuz keçsə də, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 30-35 dərəcə, dağlıq rayonlarda isə 21-26 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti isti, günəşli olacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, hava şəraiti günəşli olacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Şərhlər

XƏBƏR LENTİ