SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nazirlik “Karovan” araşdırmaçı "ENVOKE" deyir - Nazirliyin ölümə atdığı zəhərli sahələrdə qul kimi işləyən yoxsullar..

Nazirlik “Karovan” araşdırmaçı "ENVOKE" deyir - Nazirliyin ölümə atdığı zəhərli sahələrdə qul kimi işləyən yoxsullar..

Tarix:

22-06-2018, 08:57

/ 1 849 dəfə oxundu.
Nazirlik “Karovan” araşdırmaçı "ENVOKE" deyir - Nazirliyin ölümə atdığı zəhərli sahələrdə qul kimi işləyən yoxsullar..

Kənd Təsərrüfatı Nazirliyi İmişlidə və Yevlaxda zəhərlənmiş pambıqçılara təzminat ödəmək istəmir

Nazirlik onlara tibbi yardım göstərilməsi ilə kifayətlənib. Baxmayaraq ki, onlar ölüm riski ilə üzləşiblər.

Hətta aralarında uşaqların belə olduğuna rəğmən, nazirlik bunu heç cür əsaslandıra bilmir.

KTN-dən AzadlıqRadiosuna deyiblər ki, zərərçəkən pambıqçılara kompensiyaya verilməsi gündəmdə deyil, onlara mümkün tibbi yardım göstərilib.

Bəs necə olub ki, pambıqçılar zəhərlənib? İmişli rayonunun Cavadxanlı kənd sakini Rahilə Hümbətova deyir ki, onlardan xahiş ediblər ki, zəhərlənmiş sahəyə girməsinlər, bir az gözləsinlər, amma sözlərinə qulaq asan olmayıb:

“Bizə dedilər ki, dünən axşam yeddidə zəhər səpilib, girin, amma ehtiyatlı olun. Biz də dedik ki, bir həftə gözləyək, isti vurduqca zəhər qalxacaq. Yanımızdakı sahədə də həmin vaxtı zəhər səpilirdi, 11-ə işləmiş bizdə bu vəziyyət başladı”.

Rəhilə Hümbətova deyir ki, zəhərlənənlər arasında 14 yaşında uşaq da olub, o da sahədə işləyirmiş.

Onun sözlərinə görə, kəndlilər yoxsulluqdan məcburən günü 10 manata sahədə işləyirlər, əgər rəhbərlik hesab etsə ki, hardasa alaq yaxşı edilməyib, həmin gün pulları verilmir.

Faktiki insanlarpambıq tarlalarında qul kimi işlədilir və 10 manat çörək puluna möhtac edilib. Ona görə yoxsul ailələrin uşaqlarını da sahələrə təhkim ediblər.

Saatlıdan pambıqçı Rahimə Dadaşova deyir ki, onlar özləri çiçəyə qarşı zəhər istifadə edəndə, bir neçə gün sahəyə girmirlər, zəhərlənmə günü isə onları zəhər səpiləndən sonra gözləməyib, sahəyə göndəriblər.

Həm Saatlıdan, həm də İmişlidən zəhərlənmiş fermerlər deyirlər ki, bu il səpilən zəhər əvvəlki illərdə istifadə olunmayıb.

Belə xəbərlər var ki, sahələrdə ziyanvericilərlə mübarizə məqsədilə istifadə edilmiş herbisid olan fitotoksikant “Agent Orange” adlı hərbi vasitəyə bənzərdir.

Sonuncudan Vyetnam partizanlarına qarşı istifadə olunub. Bu maddə sahəyə vurulandan yalnız 5 gün sonra pambıq yığımına getmək olar, ertəsi gün yox.

Pambıq tarlalarında ardıcıl kütləvi zəhərlənmələr və ekspertlərin rəyinə görə, herbisid istifadəsi təxribat amilini istisna etmir.

Nazirlikdən deyiblər ki, Saatlıdakı sahələr MKT şirkətinə, İmişlidəki sahə MKT-nin İnnovasiya Mərkəzinə məxsusdur.

AzadlıqRadiosunun 2017-ci ildə hazırladığı “Gilan' pambıq biznesini nəzarətə götürür” başlıqlı araşdırmasına görə, MKT şirkəti Gilan Holding-ə məxsus olub.

Amma bu şirkətin özü ilə əlaqə saxlayıb baş verənlərə dair onların şərhlərini almaq mümkün olmayıb.

Nazirliyin şöbə müdiri İmran Cümşüdov bildirib ki, Saatlı və Tərtərdə “Formula super” adında, İmişlidə isə sofkalara qarşı “Karovan” adında preparatlar istifadə olunub.

Zəhərlənmə hadisəsi baş vermiş Saatlı və İmişlidəki torpaq sahələrinin sahibi MKT şirkətinin veb saytı yoxdur, internetdəki telefon nömrələri isə bir neçə gündür ki, cavab vermir.

İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov deyir ki, bütün hallarda baş verənlərə görə, məsuliyyəti sahibkar və hökumət daşıyır:

Bu ilin mayında isə Sabirabad rayonunda pambıqçıları aparan traktorun qoşqusu qopub, 6 nəfər həlak olub, 2 nəfər yaralanmışdı.
Teref.info qeyd ediur ki, araşdırmaçı İlqar Altayın bu zəhərlənmələrlə bağlı öz versiyası var və bu versiyaya o araşdırmaları nəticəsidə gəlib.
İlqar Altay yazır ki:
Keçən ildən ölkəyə ENVOKE adlı herbisid gətirilib.. Bu herbisidin bir hektara səpin norması 15-20 qramdır və İsveçrəin Syngenta firmasına məxsusdur. Çox yūksək konsentratlı kimyəvi zəhərdir. Hətta qadağan olunmuş hərbi məqsədli kūtləvi qırğın kimyəvi maddəsindən daha da gūclū. Bu səpilən tarlada 10 dəqiqə dayanmaq olmur. Alaq əvəzinə pambığı şoka salıb qurudur..

(After weed free check, the plots treated with 15 and 20 gr/ha of Envok + cytogate , had the most number of cotton bolls and yield. Envok at 15 gr/ha + cytogate was therefore the best treatment after experiment).

İstifadə qaydasını, təlimatını dozasını bilmədən, öyrənmədən insanları, onların həyatını nəzərə almadan məsuliyyətsizcəsinə tarlalara vururlar
Pestiçidi istehsal edən firmanın adı "Syngenta"dır və baş ofisi İsveçrənin Bazel şəhərində yerləşir, yəni İsveç şirkəti deyil. Bu şirkətdə 28704 nəfər çalışır və 2017-ci ildə 12.65 ABŞ dolları həcmində gəlir əldə edib.
Araşdırmamız davam edir və edəcək..
Zəruri qeyd:İsveçrə Avropa Birliyinin üzvü deyil və məhz bu səbəbdən bu cür güclü zəhər istehsal edə bilir. AB standartları çox sərtdir və hətta ən təhlükəli ziyanvericilərə qarşı mübarizədə ətraf mühit üçün təhlükəsiz hesab olunan maddələrdən istifadəyə icazə verir.
Adları çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq!

FİA.Az

Şərhlər

XƏBƏR LENTİ