SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Füzuli Ələkbərovun "yadigarı" Sahil Babayevlə də dil tapıb... - İlqar Rəhimov qəliz dildə danışaraq...

Füzuli Ələkbərovun "yadigarı" Sahil Babayevlə də dil tapıb... - İlqar Rəhimov qəliz dildə danışaraq...

Tarix:

21-06-2018, 12:35

/ 1 890 dəfə oxundu.
Füzuli Ələkbərovun "yadigarı" Sahil Babayevlə də dil tapıb... - İlqar Rəhimov qəliz dildə danışaraq...

Hansısa bir yüksək çinli məmurun uzun müddətə eyni vəzifəni daşıması cəmiyyətdə ən çox dartışılan mövzuladandır. Amma burada diqqətçəkəni odur ki, cəmiyyəti daha çox maraqlandıranı birincilərdir. Amma kölgədə olan yetərincə məmurlar var ki, neçə birincini yola salsalar da, barələrində hər kəs susur. Məsələn səhiyyə nazirliyində nazir müavini Elsevər Ağayev Əli İnsanovun "baş kassiri" kimi tanınırdı və bu gün də Oqtay Şirəliyevin "işinə yaramaqdadır".

Onlardan biri - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) müavin postunu tutan İlqar Rəhimov isə artıq 3-cü nazirə yardımçılıq edir və bu gün də görünəni odur ki, İlqar müəllim hətta gənc Sahil Babayevi də yola salmaq potensialına malikdir.

Bununla bağlı danışan məlumatlı mənbə bildirir ki, İlqar Rəhimov Füzuli Ələkbərovun əsas kadrlarından olub: "Füzuli Ələkbərovun dövründə nazirlikdədki əsas yeyintilərin altında bu adamın imzası var. Əlillərin pullları hesabına sərvət toplayan İlqar Rəhimov ardından Səlim Müslümovla da dil tapa bilir. Əslində Səlim Müslümov da onun təfəkkürdə bir kadr olduğundan zamanında "sobez"ləri talaması ilə ad çıxardığından onun köhnədən qalan bir maxinatorla təmas qurması o qədər də problemli olmadı. Beləcə əl-ələ verərək büdcəyə şərik oldular".

Mənbə iddia edir ki, indi də Sahil Babayevi eyni üsullarla zərərsizləşdirməyə müvəffəq olan İlqar Rəhimov əslində özü barəsində "yaxşı mütəxəssis" imici də formalaşdıra bilib: "Bunu yaxşı bacarır. Danışıq qabiliyyəti var və ağıllı görünə bilir. Bu isə yeni heyətə və yeni nazirə psixoloji təzyiqdir. Şünki İlqar Rəhimov gənc Sahil Babayevi tamamən yad olduğu ƏƏSMN sisteminin qəliz terminləri ilə əməlli-başlı ovsunlaya bilib. Yeni nazirin hələ İlqar Rəhimovun işlətdiyi spesifik terminlərdən anlayışı olmadığından nazir müavini görəvini davam etdirmə şansı əldə edib".

Onu da qeyd edək ki, mənbə İlqar Rəhimovun adına yazılan böyük maxinasiyalardan bəhs edən materialı da təqdim edib. Həmin iddiaları sübut etmək çətin olduğundan müəyyən araşdırmalara ehtiyac var. Yaxın vaxtlarda şok faktları təqdim edəcəyik. Bizi izləyin...

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ