SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədən nazirə və agentlik sədrinə dəhşətli cinayət dosyesi - Siyahı

Gəncədən nazirə və agentlik sədrinə dəhşətli cinayət dosyesi - Siyahı

Tarix:

19-06-2018, 09:44

/ 1 991 dəfə oxundu.
Gəncədən nazirə və agentlik sədrinə dəhşətli cinayət dosyesi - Siyahı

Gəncədə 3 peşə məktəbini birləşdirən və gələcəkdə yaradılacaq peşə təhsili mərkəzinin direktoru olmağa indidən hazırlaşan, müvəqqəti 1 və 2 saylı peşə məktəblərinin direktoru vəzifəsini icra edən Fazil İsmayılov haqda ittihamlar var

F.İsmayılov peşə məktəblərini Dövlət Peşə Agentliyinin fəaliyyətinə zidd idarə edir.

Bu haqda gundemxeber.biz yazıb ki, prezidentin peşə təhsilinin inkişafına dair fərmanı F.İsmayılov tərəfindən icra olunmur.

Hər üç məktəbə direktorluq edən Fazil İsmayılovun bugünkü rolu, rüşvət əldə etməkdən və qalmaqal yaratmaqdan ibarətdir.

Görəsən təhsil naziri Ceyhun Bayramovun və Dövlət Peşə Agentliyinin rəisi Famil Mustafayevin F.İsmayılovun iş prinsipindən xəbəri varmı?

2016-cı ildən Gəncə Dövlət Universitetinin müəllimi olmasına baxmayaraq, peşə təhsili sistemində özünə yer tapan F.İsmayılov bu sahəyə gəldiyi ilk andan köhnə qaydaları tətbiq edir.

O, kadrlar şöbəsini “professional fırlada biləcək” Səbuhi Həsəncanova həvalə edib. Həsəncanov 3 nömrəli Peşə Liseyinə təyinatından əvvəl, "ADY" QSC-də Gəncə Lokomotiv Deposunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Adı hər zaman bir çox korrupsiya qalmaqallarında hallanıb. Bu şəxs çoxsaylı qanunsuzluqlara qol qoymasına baxmayaraq, canını Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən birtəhər qurtara bilir.

3 nömrəli peşə liseyinin laborantı Lalə Əliyevanı və bir neçə nəfər işçini 2016-cı ilin fevralın 29-u tarixdə işdən azad edib, kollektivi "təzələyir”.

Amma“ daş qayaya rast gəlir” və L.Əliyeva pozulmuş hüquqlarının bərpası məqsədilə Gəncənin Nizami rayon Məhkəməsinə müraciət edir.

Fazil İsmayılov məhkəmədə uduzur. Gəncə Appelyasiya Məhkəməsinə müraciət edir. Bu məhkəmədə də uduzan Fazil İsmayılov digər işçiləri işdən çıxartmağa başlayır.

Peşə liseylərində davamiyyət olduqca aşağı səviyyədədir. Tədris ilinin başlanğıcından şagirdlərə təqaüd almaq məqsədilə verilən kartlar mənimsənilib.

Müəllimlər dərslərə ara-sıra gəlirlər və sinif jurnallarını ara-sıra yazıb doldurmağı özləri üçün borc bilirlər.

Təqaüd üçün nəzərdə tutulan bank kartları hələ dərs ilinin başlanğıcında direktora yaxın şəxslər tərəfindən şagirdlərdən yığılıb.

Onlar şagirdlərin çoxuna "2" almısınız, təqaüd kartını verin ki, qiymətinizi düzəldə bilək tələsi qururlar.

Məsələn, 1 nömrəli Peşə Məktəbində “təhsil alan” şagirdlərdən - 93 nömrəli bərbər qrupundan Atakişiyeva Şəbnəm Bəhman qızı, Eyvazova Səadət İlqar qızı, Ələsova Maral Tağı qızı, Əliyeva Aytən Arzu qızı, Əsgərov Məcid Firduzi oğlu, Haqverdiyeva Şəhla Mübariz qızı, Hümbətova Nərmin Malik qızı, Xaratruz Səkinə Həsən qızı, İsmayılova Şöhlə Sahil qızı, İsmayılova Saidə Sahil qızı, Qarayeva Fatimə Ülfər qızı, Quliyeva Aynurə Abuzər qızı, Mehraliyeva Səkinə Musa qızı, Məmmədova Aytəkin İlqar oğlu, Rüstəmova Ellada Vaqif qızını göstərmək olar.

Habelə, 91 nömrəli dərzi qrupudan Bədəlova Turanə Hidayət qızı, Əkbərov Muraz Qənbər oğlu, Həsənov Elyar Nicat oğlu, Həsənova Gülnarə Vahid qızı, Hüseynova Fəridə Rövşən qızı, Məmmədova Xəyalə Vaqif qızı, Məmmədova Nazilə Fayiq qızı, Musayeva Əfsanə Şahlar qızı, Novruzova Gültəkin Sakit qızı, Zeynalova Ülviyyə Telman qızı,

92 nömrəli tikiş qrupundan

Abbasov Nicat Sehran oğlu, Bədəlova Sücayət qızı, Əmiraslanov Nurlan Telman oğlu, Əliyeva Günay Teuf oğlu, Səlmanova Aynurə Elşən qızı, Kərimova Gözəl Yolçu qızı, Dünyamalıyeva Zəhra Rəfail qızı, İsmayılzadə Taleh Yaşar oğlu, İsayev Bilal Adil oğlu, Əliyeva Xumar Səməd qızı, Bağırov Feyruz Zakir oğlu, Kərimov Elduz İsrail oğlu, Paşayeva Ayşən Vahid qızı,

2 nömrəli kompyuter ustası qrupundan

Abbasov Eışən Rövşən oğlu, Bayramov Murad Eıduz oğlu, Bayramov Röyal Qabil oğlu, Ələkbərov Nəsir Vəli oğlu, Həsənov Elbar Ərəstun oğlu, Hüseynov Bəhlul Murad oğlu, Hüseynquliyeva Aysel Namiq qızı, Kazımzadə Nuranə Mayıl qızı, Quliyev Kamal Fərrux oğlu, Məmmədov Elcan Əli oğlu, Məmmədov Pünhan Bəhmən oğlu, Məmmədova Cehunə Eıçin qızı, Mustafazadə İsfəndiyar Fizuli oğlu, Nəbiyev Əmir Ramiz oğlu, Niyazov Qalib Elduz oğlu, Talıbov Elnur İsrail oğlu

1 nömrəli telekomunikasiya qrupundan

Abbasov Hüseyn Yusif oğlu, Bağırov Həzrət Azər oğlu, Cəfərova Sənubər Rauf oğlu, Əkbərov Asif Nəbi oğlu, Əliyev Orxan Natiq oğlu, Əlipur Yusif Zahid oğlu, Hacıyev Musa Bəhlul oğlu, Həsənov Fərid Vaqif oğlu, Hüseynov Rasim Raqif oğlu, Qarayeva Nərminə Məhərrəm qızı, Qurbanov Mürsəl Mübariz oğlu, Məmmədov Hüseyn Taleh oğlu, Məmmədova Əfsanə Elmir qızı, Novruzov Süleyman Rövşən oğlu, Rüstəmli Röyal Firidun oğlu, Yusifli Vüsal Vüqar oğlu

3 nömrəli Peşə Liseyində bank kartları yığılan şagirdlərin siyahısına diqqətlə nəzər saldıqda onların Gəncədən kənarda yaşadıqları aydınlaşır.

Onlardan Yaqublu Türkan Ayaz qızı 1998-ci il təvəllüdlü Şəmkir rayonu, Könüllü kəndi, Abbasova Səriyyə Arif qızı 1996-ci il təvəllüdlü Gəncə şəhəri, Mustafayeva Sevinc Mahir qızı 1994-ci il təvəllüdlü Gəncə şəhəri, Rüstəmov Elvin Şöhrətoviç 2000-ci il təvəllüdlü Gəncə şəhəri, İsmayılova Türanə Ceyhun qızı 1996- ci il təvəllüdlü Samux rayonu, Əhmədbəyli kəndi, Səfərov Tural Asif oğlu 1996-ci il təvəllüdlü Şəmkir rayonu, Çənlibel kəndi, İsmayılova Aysel Heydər qızı 1995-ci il təvəllüdlü Gəncə şəhəri, Cəfərova Rahilə Oktay qızı 1991-ci il təvəllüdlü Gəncə şəhəri, Bayramov Xaliq Vidadi oğlu 1994-ci il təvəllüdlü Göygöl rayonu, Ələkbərova Maral Məhəmməd qızı 1989-ci il təvəllüdlü Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Natavan küçəsi ev-7, Müseyibli Sənan Qalib oğlu 1996-ci il təvəllüdlü Goranboy rayonu, Goranlı kəndi, Məmmədova Leyla Namiq qızı 2000-ci il təvəllüdlü Gəncə şəhəri, Babayeva Şəhla Şahlar qızı1992-ci il təvəllüdlü Gəncə şəhəri, Məhərrəmova Nurlana İlqar qızı1999-ci il təvəllüdlü Gəncə şəhəri, Həsənzadə Zeynəb Vahid qızı 1999-ci il təvəllüdlü Kəlbəcər rayonu, Quliyeva Esmira Hüseyn oğlu 1999-ci il təvəllüdlü Gəncə şəhəri, Qarayeva Güləndam Arif qızı 1996-ci il təvəllüdlü Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nağıyev Ülvi Malik oğlu1994-ci il təvəllüdlü Gəncə şəhəri, Həsənova Rəqsanə Rasim qızı 2000-ci il təvəllüdlü Gəncə şəhəri, Əhmədova Əsmər Rauf qızı1998- ci il təvəllüdlü Gəncə şəhəri, Qədimova Şəfa Etiram qızı 1999-ci il təvəllüdlü Gəncə şəhəri, Məmmədova Kəmalə Xosrov qızı 1998-ci il təvəllüdlü Göygöl rayonu, Yeni Qızılca kəndi, Əsgərova Səbinə Suliddin qızı 1999-ci il təvəllüdlü Şəmkir rayonu, Mahmudlu kəndi, Məmmədova Kəmalə Çingiz qızı1999-ci il təvəllüdlü Samux rayonu, Çobanabdallı kəndi, Alyarov Fərid Məzahir oğlu 1994-ci il təvəllüdlü Göygöl rayonu Haçaqaya kəndi, Səfərov Pərvin Canpolad oğlu 1995-ci il təvəllüdlü Gəncə şəhəri, Abdullayeva Aysel Azər qızı 2001- ci il təvəllüdlü Gədəbəy İnəkboğan kəndi, Cəlilova Aysu Eldəniz qızı 2000-ci il təvəllüdlü, Ələsgərova Xatirə Ceyhun qızı 2000- ci il təvəllüdlü Gəncə şəhəri, Ələsov Nürəddin Mahir oğlu 2001-ci il təvəllüdlü Şahsevənlər küçəsi, ev-71, Orucov Nail Namiq oğlu 2001- ci il təvəllüdlü T.Aranı küçəsi, ev-27 m-58 və s.

İsmayılov 1 nömrəli Peşə Məktəbinin yataqxanası dövlət tərəfindən təmir olunmasına baxmayaraq, bu təhsil müəssisəsinə rəhbərlik edən direktor uzaqdan gələn şagirdlərin yataqxanada qalmaları üçün hər birindən 40 manat pul alır.

1 nömrəli Peşə Məktəbinin yataqxanası Azərbaycan Texnologiya Universitetinin yaxınlığında yerləşdiyindən, bu ali təhsil müəssisəsində təhsil alan və həmin yataqxanada qalmaq istəyən universitet tələbələrinə də, yataqxanaya məxsus otaqlar 40 manata icarəyə verir.

Sözsüz ki, Texnologiya Universitetinin tələbələrindən əldə olunan 40 manatlar, iqtisadiyyat sahəsindən elmi iş müdafiə edən Fazil İsmayılovun cibinə axır.

O, yeni qruplar açılması adı ilə müəllimlərdən Famil Mustafayevin rəhbəri olduğu agentliyin adına pul yğması faktı da ortaya çıxıb.

Fazil İsmayılovun 3 nömrəli Peşə Liseyinin yardımçı binasının fərdi sahibkarlara mebel sexi kimi icarəyə verilməsi də, bu gün daha çox müzakirə olunan mövzulardandır.

Təhsil naziri və Dövlət Peşə Agentliyinin rəisinin bunlardan xəbəri yoxdurmu? - maraqlıdır...

Qarşı tərəfi dinləyə bilərik.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ