SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Altı şəhərə xidmət edən Gəncə səhiyyəsini kim qanqrena edib? – rüşvət virusu…

Altı şəhərə xidmət edən Gəncə səhiyyəsini kim qanqrena edib? – rüşvət virusu…

Tarix:

18-06-2018, 12:10

/ 2 111 dəfə oxundu.
Altı şəhərə xidmət edən Gəncə səhiyyəsini kim qanqrena edib? – rüşvət virusu…

Ölkənin ikinci şəhərinin səhiyyəsi qanqrena verməkdədir

Gələn xəbərlərdən və feysbukda yazılan şikayətlərdən aydınlaşır ki, Gəncədə xəstələnmək qorxuludur.

Şəhərin 1 və 3 saylı xəstəxanalarında, poliklinikalarında kasıblara xidmət göstərilmir. Gəncə Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov icra başçısından geri qalmır.

Onun istəkləri və xəstəxanaların baş həkimlərindən tələb etdiyi qaydalar müayinə üçün səhiyyə ocaqlarına üz tutan insanları dərdə salır.

Əlikram Məmmədov özünü səhiyyə naziri Oqtay Şirəliyevin yaxın qohumu adlandırır və icra başçısı Elmar Vəliyevdən sonra özünü ikinci şəxs kimi aparır.

Bu da səhiyyənin keyfiyyətinə, xidmətə və rüşvətin çiçək açmasına böyük şərait yaratmaqdadır. Gəncəyə Daşkəsən, Bərdə, Yevlax, Goranboy, Şəmkirdən belə xəstələr üz tutur.

Bu zonanın paytaxtı sayılan şəhərdə səhiyyə azı 5-6 regionun insanlarına xidmət etsə də, Ə.Məmmədova daha çox faydası var.

Mediada yayılan xəbərlərə görə, qanunsuz tələblərə etiraz edən həkimləri isə cəzalandırmaq Məmmədov üçün çətinlik yaratmır.

“Burda mənəm Bağdadda kor xəlifə” – deyib xəstəxana və poliklinikaları bazara çevirən Əlikram Məmmədovun özəl qaydaları aşağıdakı kimidir:

– Sadə cərahiyyə əməliyyatları adlanan, kor bağırsağın kəsilib götürülməsi, boğazda artıq ətlərin kəsilməsi, burun üzərində cərahiyyə əməliyyatlarının aparılması və s. bu kimi əməliyyatlar 300-400 manat təşkil edir.

– Bir az ağır əməliyyatlar- qasıqda, qarın nayihəsindəki yırtıqların tikilməsi, qəza zamanı yaranmış zədələrin əməliyyat olunması 400-500 manat civarındadır.

– Ağır əməliyyatlar- daxili orqanlar zədələnən zaman aparılan əməliyyatlar, görmə orqaninin müalicəsi zamanı və doğuş zamanı aparılan əməliyyatlara görə vətəndaş 1500- 2500 manat ödəmək məcburiyyətindədir.

xalqxeber.az realliqinfo.org-a istinadla yazır ki, Gənə xəstəxanalardına cərahiyyə şöbələrində tətbiq olunan qiymətlər şöbə müdirləri tərəfindən dəqiqləşdirilmir.

Bu tapşırıqlar və qiymətlərin bu cür yazılaraq tələb edilməsi, şəhərin Səhiyyə idarəsinin qoyduğu tələblər əsasında gerçəkləşir.

Səhiyyə idarəsindən baş həkimlərə verilən “qiymət cədvəli” ikincilər tərəfindən də şöbə müdirlərinə paylanır ki, nəticədə rüşvətin alınmasına nəzarət mexanizmi işə düşür.

Xəstəxanalarda hər cərrah apardığı əməliyyata görə alınan rüşvətdən 10% – əldə edir. Bir əməliyyata görə alınan rüşvətin 10 % – şöbə müdiri və baş həkimə çatır. Pulun qalan hissəsi isə Gəncə səhiyyəsinin rəhbərinə çatır.

Xəstəxanalarda cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstələr, orda bir həftə “soyulmaqla” əməliyyat olunurlar.

Belə ki, xəstənin qohumları hər gün reanimasiya şöbəsinin şöbə müdirinə, həkimlərinə və tibb bacılarına gündə 100 manat ödəməli olurlar.

Dərman avadanlıqlarını xəstənin yaxınları almalıdırlar. Gəncə səhiyyəsinin baş rüşvət yığanı xəstəxanalara ayrılan iynə və dərmanları apteklərdə satdırmaqla biznes qurub.

Xəstəxanaların və poliklinikaların baş həkimlərinə aylıq “haqq” qoyan səhiyyə şefi çox keçmədi ki, şöbələrə də nəzarəti artırdı.

Gəncənin doğuş prosesini həyata keçirən səhiyyə ocaqlarında vəziyyət daha acınacaqlıdır. Hər doğuşa görə tətbiq olunan 500 manat rüşvəti bu gün ödəmək iqtidarında olmayan vətəndaşlarımız çoxdur.

Lakin buna baxmayaraq, Əlikram Məmmədovun istəyini yerinə yetirməyənlər Gəncədə xəstəxanalarının doğuş şöbəsində uşaq dünyaya gətirə bilməzlər.

Qeysəriyyə əməliyyatı isə 1000 manatdır. Əlikram Məmmədovun tabeliyində olan uşaq poliklinikalarında da vəziyyət digərlər səhiyyə müəssisələrindəki kimidir.

Burda valideynlər uşaqlarını müayinəyə gətirəndə mütləq həkimləri və tibb bacılarını razı salmalıdırlar.

FİA.AZ

Şərhlər

XƏBƏR LENTİ