SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş "Qaçqınkom" şefinin qardaşı da "vurulur"... - Raqub Məmmədovdan sonra sıra ona yetişib

Keçmiş "Qaçqınkom" şefinin qardaşı da "vurulur"... - Raqub Məmmədovdan sonra sıra ona yetişib

Tarix:

18-06-2018, 09:48

/ 1 410 dəfə oxundu.
Keçmiş "Qaçqınkom" şefinin qardaşı da "vurulur"... - Raqub Məmmədovdan sonra sıra ona yetişib

Azərbaycanın işğal altında olan rayonlarının icra başçılarını bəlkə çoxları tanımır. Xüsusən də Zəngilan və Qubadlının icra başçısının kimliyi heç mətbuatın da diqqətində deyil. Daha doğrusu, onların hansı işlərlə məşğul olduqları maraq kəsb etmir.

DİA.AZ xatırladır ki, Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb. Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur. Laçın, Cəbrayıl və daha bir neçə işğal altında olan rayonların rəhbərlərindən fərqli olaraq, Zəngilanın icra başçısı Ramiz Həsənov isə rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır.

Qeyd edək ki, Zəngilanın icra başçısı Ramiz Həsənov Qaçqınkomun keçmiş sədri Əli Həsənovun qardaşıdır. Onun bu vəzifəyə təyinat alması da elə qardaşının sayəsində mümkün olub.

Elə onun səbəbindən də Ramiz Həsənovun görəvdən alınacağı deyilir. Bu barədə bilgili qaynaqlar informasiya verib. Xəbəri verən mənbə bildirir ki, bu günlərdə Ağdamın icra başçısının vəzifəsindən çıxarılması qaçqın rayonlarında total rəhbər dəyişikliklərinin anonsu kimi qəbul edilməlidir.

Mənbənin söylədikləri: "Bütün qaçqın rayonlarında işinin öhdəsindən gələ bilməyən başçılar yola salınacaq. Bu əsnada ilk olaraq hədəfə gələni isə Zəngilanın icra başçısıdır. Artıq onu müdafiə edəcək qardaşı da səlahiyyətli deyil".

Mənbə bildirir ki, dəyişiklik bayramdan dərhal sonra gerçəkləşə bilər. Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ