SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Rütbəsi alınan polkovnikin ailəsinə daha bir zərbə - GƏLİŞMƏ

Rütbəsi alınan polkovnikin ailəsinə daha bir zərbə - GƏLİŞMƏ

Tarix:

18-06-2018, 09:47

/ 1 488 dəfə oxundu.
Rütbəsi alınan polkovnikin ailəsinə daha bir zərbə - GƏLİŞMƏ

Həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun ailəsinin məhkəməyə müraciəti geri qaytarılıb.

Onun arvadı Şəhla Ələkbərova ərinin əmlakının onlara qaytarılmasını tələb edib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərovun 1,3 milyon manatlıq əmlakı cinayət yolu ilə əldə edilmiş mülk kimi müsadirə edilib. Həmin əmlakların zərərçəkənlərdən yalnız Akif Qurbanova dəyən ziyanın ödənilməsinə yönəldilməsi üçün qərar verilib. V.Ələkbərovun ailəsi isə varidatın geri qaytarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda məlum olub ki, hökmdən apellyasiya şikayəti verilmə müddəti bitib. Buna görə də işə baxılmayıb. Apellyasiya şikayəti hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılıb. Müddətin bərpa edilməsi üçün Bakı Hərbi Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Bakı Apellyasiya Məhkəməsi isə V.Ələkbərovun cəzasını 5 ilə endirib.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Şərhlər

XƏBƏR LENTİ