SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sahil Babayev Səlim Müslümovun Bərdədəki adamına bata bilmir? - kart pulu...

Sahil Babayev Səlim Müslümovun Bərdədəki adamına bata bilmir? - kart pulu...

Tarix:

15-06-2018, 09:48

/ 2 154 dəfə oxundu.
Sahil Babayev Səlim Müslümovun Bərdədəki adamına bata bilmir? - kart pulu...

Bərdə Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Raquf Məmtiyev yaxın çevrəsində qeyri-rəsmi şəkildə arxayınlıqla danışır

Məmtiyev sabiq nazir Səlim Müslümova güvəndiyini və ona heç kəsin bata bilmədiyini söylədiyi iddia edilir.

İddialara görə, Bərdə ƏSMM direktoru bu postda müvəqqəti olduğunu və S.Müslümov təyinat aldıqdan sonra vəzifəsini dəyişəcəyini danışıbmış.

Ona görə də yeni nazir Sahil Babayevlə yollarının ayrılacağını düşünən, çamadan ovqatından olan Məmtiyev mümkün qədər qanunsuzluqları artırmağa çalışır.

Onun vətəndaşları süründürdüyü, müraciət edənlərin işinə baxmadığı, kobud rəftar etdiyi, aztəminatlı ailələri, şikayəti olanları dinləmədiyi, onlara yuxarıdan aşağı baxdığı bildirilir.

Bu da rayonda sosial gərginliyi artırır. Vətəndaşlar hara müraciət edəcəyini bilmirlər.

Raquf Məmtiyev üç ilə yaxındır ki, Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə rəhbərlik edir.

Azfakt.com-a göndərilən məlumatda qeyd olunur ki, Raquf Məmtiyev Bərdə ƏSMM müdiri işləməmişidən öncə mərkəzdə adi işçi, sonra Bərdə və Ağdaş DSMF şöbələrinin müdiri işləyib.

Hər iki rayonda işlədiyi DSMF müdiri vəzifəsində isə Raquf Məmtiyevin çoxsaylı qanunsuzluqları və korrupsiya əməllərinin olduğu deyilir.

Buna baxmayaraq Raquf Məmtiyev yenə də öz vəzifələrini və korrupsiya ampulasını sürdürməkdə davam edir.

Dəfələrlə Raquf Məmtiyevdən nazir Səlim Müslümova onlarla şikayət məktubunun göndərilməsinə baxmayaraq heç bir tədbir görülməyib.

Məhz bu amil rayon sakinləri arasında Raquf Məmtiyevin nazir Səlim Müslümovun ən yaxın adamı olması inamını yaradıb.

Rayon mərkəzlərinə birbaşa nəzarət edən Dövlət Sosial Təminat Xidmətinin rəhbərliyində Raquf Məmtiyevin havadarlarının olduğu idda edilir.

Hətta bir aydan bir mərkəz müdiri bu "himayədara” böyük bazarlıq göndərdiyi və tez-tez Bakı şəhərinə yanına getdiyi deyilir.

Hazırda Bərdə ayonunda ünvanlı sosial yardım almaq istəyənlər mütləq şəkildə Raquf Məmtiyevin "şərt”ini qəbul etməlidir.

Bu şərt isə vətəndaşa düşəcək 2 illik ünvanlı soial yardımın 6 aylığını mərkəz müdirinə yaxud onun adamına verilməsidir.

Mərkəz müdirinin bu "şərt”ini qəbul etməyənlər uzun-uzadı süründürməçiliyə məruz qalır və çox vaxtı sənədlərində hansısa bir çatışmazlıq yaradılaraq nazirliyin elektron bazasına göndərirlər.

Sənədləri səhv olan vətəndaşın müraciəti isə nazirliyin elektron bazası tərəfindən 6 müvəqqəti dondurulur.

Sakinlər qeyd edirlər ki, son günlər dövlət başçısı İlham Əliyev çıxışlarında məmurların vətəndaşlarla normal davranmaları və onların tələblərinə qulaq asmaları ilə bağlı dediyi sözlərin Raquf Məmtiyevə heç bir aidiyyatı yoxdur.

Çünki mərkəz müdiri öz kabinetində oturaraq heç bir vətəndaşı qəbul etmir və gün ərzində bir neçə dəfə görünür.

Raquf Məmtiyev isə kim onun şərtini qəbul edirsə və mərkəz müdirinə alacağı sosial yardımın 6 aylığını verməyə razıdırsa o zaman həmin vətəndaşı böyük məmuniyyətlə otağında qəbul edir.

Şikayətçilərin iddiasına görə mərkəz müdiri evində 100-ə yaxın müxtəlif şəxlərə məxsus ünvanlı sosial kart var.

Raquf Məmtiyev həmin kartlardan ona çatacaq vəsaiti 5-6 ayını götürdükdən sonra, kartı sahiblərinə qaytarır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ