SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanovda bayramla əlaqədar yardımlar paylanıb

Nərimanovda bayramla əlaqədar yardımlar paylanıb

Tarix:

14-06-2018, 18:33

/ 1 548 dəfə oxundu.
Nərimanovda bayramla əlaqədar yardımlar paylanıb

Ramazan bayramı münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən tədbir həyata keçirilib.

xalqxeber.az xəbər verir ki, tədbirdə çıxış edən icra başçısının birinci müavini Şahmar İbadov, İcra Hakimiyyəti başçının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Ramazan Bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, onların əziz bayram günlərində dua və niyyətlərinin qəbul olunmasını arzu ediblər.

Sonra, İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi veteranlarına, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, Qarabağ müharibəsi və Çernobıl qəzası əlillərinə, 20 yanvar əlillərinə və şəhid ailələrinə, rayonun ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə, əlillərə və yardıma daha çox ehtiyacı olan şəxslərə ərzaq yardımı paylanılıb.

Rayon sakinləri onlara göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Nərimanovda bayramla əlaqədar yardımlar paylanıb
Nərimanovda bayramla əlaqədar yardımlar paylanıb
Nərimanovda bayramla əlaqədar yardımlar paylanıb

Şərhlər

XƏBƏR LENTİ