SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qaradağın "qara taleyi": İcra başçısı kimə arxalanır? - FAKTLAR

Qaradağın "qara taleyi": İcra başçısı kimə arxalanır? - FAKTLAR

Tarix:

14-06-2018, 12:58

/ 1 555 dəfə oxundu.
Qaradağın "qara taleyi": İcra başçısı kimə arxalanır? - FAKTLAR

Uzun müddətdir ki, Qaradağ rayonunun icra başçısı vəzifəsini icra edən Süleyman Mikayılov və onun yaxın ətrafı, belə desək, "komanda"sı ilə bağlı redaksiyamıza yeni şikayət daxil olub.

DİA.AZ-a şikayət edən vətəndaşlar bildirirlər ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova arxalandığını gizlətməyən icra başçısının Qaradağdakı fəaliyyəti dözülməz həddə çatıb. Rayonda "abadlıq və quruculuq" işlərinin kağız üzərində əks olunduğunu deyən şikayətçilər bildirirlər ki, əslində, icra hakimiyyəti bu ad altında milyonlar qazanır, büdcə isə məqsədli şəkildə talan olunur. Halbuki o, fövqəlnazirin yox, prezidentin səlahiyyətli nümayəndəsidir və məhz dövlət başçısının dəfələrlə çıxışlarında qeyd etdiyi prinsiplərə, eləcə də, icra başçıslarına vediyi tapşırıqlara əməl etməyə, həmçinin xalqa hesabat verməyə borcludur.

Şəxsi obyektlərin rəsmi açılışı...

Onların sözlərinə görə, rayon mərkəzində bəzi estetik dəyişikliklər aparılsa da, Lökbatan qəsəbəsində vəziyyətin necə ağır olduğu ortadadır. Belə ki, qəsəbədaxili və qəsəbəarası yollar ucqar dağ kəndlərinin yollarını xatırladır. Yeni salınmış yaşayış massivlərinə isə gediş-gəliş olduqca çətindir. Amma buna baxmayaraq icra başçısı iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə və özünə yaxın şəxslərə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində bu illər ərzində xeyli obyekt əldə edə bilib. O, hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edir, bu tədbirlərə isə rayonun bütün rəsmi şəxsləri və müəssisə rəhbərləri, eləcə də işçiləri qatılır. Prezident bu rayondakı tədbirlərdə iştirak edərkən onun gedəcəyi yerlərinətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə vəziyyət özdözülməzliyində qalır. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür.Büdcədən ayrılan vəsaitin isə hara getdiyi məlum deyil. İndi rayonunbüdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə bəlli deyil.

Çörəyi "daşdan çıxanlar..."

Daş karxanalarına gəlincə, vətəndaşlar iddia edirlər ki, Süleyman Mikayılov bütün karxanalarda da pay sahibidir. Çox maraqlıdır ki, karxanalara maliyyə nəzarətini Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Rasim Əhmədovun bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığdığı iddia olunur. O da bildirilir ki, məhz Süleyman Mikayılovun göstərişi ilə karxanalarda daşın qiyməti (ədədi 30-35 qəpiyə satılan daşlar 40-45 qəpiyə qədər. red.) bahalaşdırılıb. Yəni faktiki fəhləyə 4 qəpikdən əmək haqqısı hesablanan daşın bir ədədi 40-45 qəpiyə satılır. Karxanalarda fəhlə əməyinin istismar olunması isə yeni mövzu deyil. Bu, "çörəyi daşdan çıxanların" tale yazısıdır artıq.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ