SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » SƏHİYYƏ NAZİRLİYİ İLAN ZƏHƏRİNƏ QARŞI «ZƏRDAB»I NİYƏ VERMİR? VİDEO

SƏHİYYƏ NAZİRLİYİ İLAN ZƏHƏRİNƏ QARŞI «ZƏRDAB»I NİYƏ VERMİR? VİDEO

Tarix:

26-05-2018, 09:48

/ 2 282 dəfə oxundu.
SƏHİYYƏ NAZİRLİYİ İLAN ZƏHƏRİNƏ QARŞI «ZƏRDAB»I NİYƏ VERMİR? VİDEO

Tovuzun MRX-da məsul vəzifə sahibi olanlar Səhiyyə Nazirliyini “topa tutdular”
Bir neçə gün bundan əvvəl, daha dəqiq desək 15 may 2018-ci il tarixdə Tovuz rayonu, Vahidli kənd sakini Abdullayev Cavanşir Cabbar oğlunun zəhərli ilan sancması nəticəsində Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılması və qeyd olunan ünvanda “zərdab”ın tapılmaması ucbatından ona lazımı köməkliyin göstərilməməsi, bu gün də kənd sakinlərinin müzakirə etdiyi əsas mövzulardandır. Düşündürücü hal odur ki, hər il havalar istiləşdikcə zəhərli ilanların kimlərisə sancmaları və belə bir səbəblər üzündən də, xoşagəlməz fəsadların təkrar baş verməsi hər kəsə bəlli olan həqiqətlərdir. Əldə etdiyimiz məlumatlara görə, bu cür fəsadların qarşısını almaq və vaxtında qabaqlayıcı tədbirlər görmək məqsədilə hər il Səhiyyə Nazirliyi tərəfindən səhiyyə müəssisələrinə lazımınca “zərdab” çatdırılır. Başlıca məqsəd, belə bir problemə düçar olan hər kəsin həyatını vaxtında xilas etmək olur. Bütün bunlara baxmayaraq, Deryaz.az saytına verilən məlumatlara görə Cavanşir Abdullayev belə bir problemə düçar olarkən, Tovuz rayon Mərkəzi Xəstəxanasında nəinki ona “zərdab” vurmaqla köməklik olunur, hətta ilk tibbi yardım məqsədilə istifadə olunan bəzi dərmanları onun özünə belə aldırırlar. Elə ki, həmin günün axşamçağı adı çəkilən şəxsin vəziyyəti getdikcə ağırlaşır, o halda onu təcili Bakı şəhərinə çatdırmalı olurlar.
Atasının belə bir problemlə üz-üzə qalması və Tovuz rayon Mərkəzi Xəstəxanasında yaşanan ab-hava haqda fikirlərini Deryaz.az saytının əməkdaşına bildirən Aynur xanım qeyd edib ki, “İlk əvvəl həmin anlarda nə edəcəyimizi bilmədik. Çünki, həkimlər bizə bildirdilər ki, “xəstəxanada zərrə qədər olsa belə “zərdab” yoxdur. Atanızın dərdinə əlac etməyə çalışın” dedikdə, sanki şoka düşdük”.
Yaşanan olaylarla bağlı məlumatları əldə etdikdən sonra, KİV nümayəndəsi olaraq Tovuz rayon Mərkəzi Xəstəxanasında məsul vəzifə daşıyan şəxslərlə, o cümlədən baş həkimin müalicə məsələləri üzrə müavini vəzifəsini daşıyan Mahirə xanımla əlaqə saxladıq və problemlərin varlığına münasibət bildirmələrini də xahiş etdik. O halda qarşı tərəf “bizə bu il Nazirlik tərəfindən zərrə qədər olsun belə “zərdab” verilməyib” deyə cavabı verdikdə, sanki şoka düşdük. Belə bir cavabı əldə etdikdən sonra məcbur olub Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova ilə əlaqə saxladıq. Nazirliyin rəsmisi ünvanladığımız suala cavabında qeyd etdi ki, “Nazirlik zəhərli ilan sancmalarını və digər problemləri daim diqqətdə saxlayır və belə bir səbəblər üzündən də, şəhər və rayonlardakı xəstəxanaların, o cümlədən Tovuz rayon Mərkəzi Xəstəxanasının da “zərdab”la təminatını lazımınca ödəyir. Belə bir cavabı əldə etdikdən sonra çox götür-qoy etsək də, son anda yekun qərara gələ bilmədik. Amma, ümumi düşüncələrimiz, illər uzunu əldə etdiyimiz həyat təcrübələrimiz bizi belə bir qənaətə gəlməyə vadar etdi ki, Tovuz MRX-nın yetkililəri öz əməllərini ört-basdır etmək üçün, bu cür cavablar verməyə məcbur olurlar.
Mövzunu diqqətdə saxlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ