SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident göstəriş verdi, Mədət Quliyev görüş keçirdi

Prezident göstəriş verdi, Mədət Quliyev görüş keçirdi

Tarix:

17-01-2017, 16:16

/ 2 427 dəfə oxundu.
Prezident göstəriş verdi, Mədət Quliyev görüş keçirdi

Prezident İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

Komissiyadan daxil olan məlumata görə, komissiya sədri Mədət Quliyev Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentdə şəhid olmuş hərbçimizin meyitinin alınması ilə bağlı məsələnin prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu və bununla əlaqədar dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqların verildiyini qeyd edib.

Sədr Mədət Quliyev bildirib ki, Dövlət Komissiyası Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı BQXK-nın və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir. Eyni zamanda, meyitlərin verilməsi mexanizminin və prosedurlarının kifayət qədər aydın və açıq olmasına baxmayaraq, əsgərimizin meyitinin bu günə kimi qaytarılmaması Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır.

Elena Aymone Sessera BQXK-nın Azərbaycandakı nümayəndəliyinin Çingiz Qurbanovun meyitinin tezliklə geri qaytarılması üçün BQXK-nın Ermənistandakı nümayəndəliyi ilə birlikdə səylərini davam etdirdiyini söyləyib.

Şərhlər

XƏBƏR LENTİ