SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Binəqədidə Qüdsi Bayramov erası: “əfvmi, məhvi?” məsələsinə bu adam baxır

Binəqədidə Qüdsi Bayramov erası: “əfvmi, məhvi?” məsələsinə bu adam baxır

Tarix:

25-05-2018, 09:23

/ 4 988 dəfə oxundu.
Binəqədidə Qüdsi Bayramov erası: “əfvmi, məhvi?” məsələsinə bu adam baxır

Xaləddin İsgəndərovun gedişi fonunda Binəqədidə yaşanan tikinti bumu: Yetkililər “katyola atmaq” uğrunda yarışa başladı...

Binəqədi Rayon İcra hakimiyyətinin sabiq rəhbəri, adı zaman-zaman ölkə mətbuatında tənqid hədəfinə çevrilən Xaləddin İsgəndərovun tutduğu postdan azad edilməsi rayonda yeni situasiyanın formalaşmasına gətirib çıxardıb. X.İsgəndərovun rəhbərliyi dönəmində tikinti sektoruna ciddi nəzarətin həyata keçirildiyi, vətəndaşlardan adi toyuq hininin tikintisi üçün belə qeyri-qanuni pul tələb edildiyi Binəqədidə yüzlərlə evin, yardımçı təsərrüfatın yüksək pul tələbi səbəbi ilə inşası dayanmış, yüzlərlə evin bünövrəsinin qoyulması belə bu səbəbdən qeyri-müəyyən zamana qədər təxirə salınmışdı. Bu günlərdə özəl mənbədən daxil olan məlumata görə, X.İsgəndərovun vəzifədəna zad edilməsi Binəqədi rayonunda yeni situasiyanın meydana çıxmasına səbəb olub. Birinci şəxsin yoxluğu fonunda külli miqdarda pul yığmaq şansı əldə edən bəzi yetkililər öz məqsədlərini həyata keçirmək üçün sözün həqiqi mənasında tikinti bumuna start verib.
İldırım sürəti ilə tikilən mənzillər və ya qanunla uzlaşmayan “xeyirxahlıq”
Mənbənin sözlərinə görə, X.İsgəndərovun dönəmində “qəpik-quruşa” çalışan, tikinti icazəsi üçün alınan puldan “yetim payı” alan bəzi yetkililər “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edərək ciddi özfəaliyyət həyata keçirməkdədir. Belə ki, yeni icra başçısı təyinatına qədərki mövcud boşluqdan faydalanmağa çalışan bəzi yetkililər vaxtiylə tikinti üçün müraciət edən, lakin tələb edilən iri məbləğli vəsaiti verə bilmədiyi üçün istəyini həyata keçirə bilməyən şəxslərlə əlaqə yaradaraq “daha ucuz qiymətə” anlaşmaq fürsəti yarandığını bildirir, ilkin qiymətdən aşağı qiymətə tikintiyə başlamağa icazə verirlər. Məhz bunun nəticəsidir ki, X.İsgəndərovun başçı postundan uzaqlaşdırıldığı cəmi bir neçə günlük zaman kəsimində bütün Binəqədi rayonu ərazisində tikinti bumuna start verilib. İldırım sürəti ilə tikilən mənzil və yardımçı təsərrüfatlar qanunla uzlaşmayan “xeyirxahlıq” nümunəsi kimi “göz oxşayır”. Bilgili qaynağın verdiyi məlumata görə, “katyola” atmaq uğrunda başladılan bu yarışın sürət və tempi icra hakimiyyətində çalışan bəzi şəxsləri qısa zamanda öz zamanlarının ən böyük milyonçularına çevirmək ehtimalı var ki, bu ehtimal hər ötən gün daha da yüksəlməkdədir.
Başının üstündə dam görmək istəyən məsələni Qüdsi Bayramovla həll edir
Mənbənin məlumatına görə, mövcud situasiya X.isgəndərovun ən etibarlı kadrlarından biri olan, zaman-zaman həyat keçridiyi söküntü işləri ilə ölkə mediasının gündəmində olan təəsrrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Belə ki, ilk dönəmdən öz çapında söz sahibi olan Q.Bayramov indiki məqamda icra hakimiyyətində əsas sahibi olan azsayl şəxslərdən birinə çevrilib. Başqa sözlə desək, X.İsgəndərovun dönəmində qılıncının yalnız bir tərəfi kəsən Q.Bayramovun, başçı nəzarətinin olmadığı indiki məqamda qılıncının hər iki üzü eyni dərəcədə kəsicilik effekti qazanıb. Mənbə iddia edir ki, bu gün rayon ərazisində əfvmi, məhvi məsələsinə bir çox hallarda məhz Q.Bayramov qərar verir. Başının üstündə dam görmək istəyən, gələcəyinə gün ağlamağa çalıan insanların bir çoxu bu mühüm məsəlni bir çox hallarda məhz Q.Bayramovun kabinetində həll etməli olur.
Tikilən evlərin yeni başçı dönəmində sökülmə ehtimalı var, səbəb…
Bilgili qaynaq hesab edir ki, bu gün inşa edilən ev və təsərrüfat obyektlərinin bir çoxunun elə yaxın gələcəkdə də söüklmə ehtimalı var ki, buna səbəb bu tikintilər üçün rəsmi icazənin veriməməsidir: “Başçı yoxluğunu, mərkəzi nəzarətin zəifliyini fürsət kimi dəyərləndirən bəi yetkililər yüzllrə, bəlkə də minlərlə tikintiyə şifahi razılıq versələr də, bu obyektlərin hamısının söküntü təhlükəsi mövcuddur. Səbəb veriln razılıqların sənədə deyil, sözə istinad etməsidir. Hansı ki, yazılı icazənin yoxluğu bu gün bu tikintiyə razılıq verən şəxsləri sabah həmin tikintiləri sökmək fürsəti yaradır ki, bu da əlavə gəlir yeri deməkdir.
Bundan başqa, üzərində tikinti aparılan bir çox ərazilərin ilkin sənədləri belə mövcud deyil ki, bu da həmin ərazidə hətta yazılı razılıq əsasınd abelə tikinti işi aparmağı yasaqlayır. Bir sözlə, bu gün nisbətən ucuz qiymətə tikinti icazəsi aldığına sevinən yüzlərlə inssanın sabah eyni tikinti üçün min dəfə təəssüflənməsi ehtimalı kifayət qədər realdır. Bu günə qədər Binəqədidə yüzləlrə ev bə obyektib eyni iddia əsasında söküldüyünü nəzərə alsaq, bu ehtimalın həddindən artıq ciddi olduğu daha aydın dərk olunur. Görünən odur ki, sadə Binəqədi vətəndaşlarına yaşadıqları rayon başçı ilə də, başçısız da dar olacaq.
Qüdsi Bayramov kimdir: müəmmalı yüksəliş
Adıçəkilən şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırma zamanı maraqlı məlumatlar əldə etdik. Atası Həsən Bayramov Binəqədi Seçki Dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub və E. Abdullayevin məşhur videolarının birində təsadüfən çay gətirən kimi kameralarda görünüb. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri idi. Sonra Xaləddin İsgəndərov onu Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə gətirdi və tikintilərdən qeyri-rəsmi pul yığımı işlərini də ona tapşırdı. Sonra Xaləddin İsgəndərov onu Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə gətirdi və tikintilərdən qeyri-rəsmi pul yığımı işlərini də ona tapşırdı. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur – bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşa tikinti aparmağa imkan vermirlər, işinə mane olurlar.

P.S. Xaləddin İsgəndərov dönəmində Q.Bayramovun vəzifə əməlləri və şəxsi macəraları yaqda növbəti yazımızda

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ