SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Fazil Məmmədovun tutdurduğu şair AZADLIĞA ÇIXDI

Fazil Məmmədovun tutdurduğu şair AZADLIĞA ÇIXDI

Tarix:

24-05-2018, 17:43

/ 1 501 dəfə oxundu.
Fazil Məmmədovun tutdurduğu şair AZADLIĞA ÇIXDI

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərli azadlığa buraxılıb.
Bu barədə AzVision.az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, Saday Şəkərli prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə həbsdən azad olunub.

Qeyd edək ki, Saday Şəkərli külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılmışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirmişdi.

Şərhlər

XƏBƏR LENTİ