SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "AAAF Park"da "Allahın mülkü"nün girişinə ödəniş aparatı qoyuldu

"AAAF Park"da "Allahın mülkü"nün girişinə ödəniş aparatı qoyuldu

Tarix:

23-05-2018, 15:08

/ 1 241 dəfə oxundu.
"AAAF Park"da "Allahın mülkü"nün girişinə ödəniş aparatı qoyuldu

"AAAF Park" Yaşayış Kompleksinin ərazisindəki parka gələn insanlardan 5 manat tələb olunur.

Qlobal.az-a göndərilən məlumatda qeyd olunur ki, artıq bir neçə gündür bu məqsədlə "AAAF Park"-ın giriş hissələrinə ödəniş aparatları da yerləşdirilib.

""AAAF Park" inşa ediləndə burada daha çox sosial vəziyyətləri ağır olan insanların rahatlıqla istirahət edəcəyi bildirilirdi. Kompleksin sahibinin imanlı şəxs olması da deyilənlərə ümidizi artırırdı. Ancaq kompleks istifadəyə veriləndən sonra vəziyyətin heç də deyilənlər kimi olmadığının, hər şeyin konkret pula hesablandığının şahidi olduq"-deyə, şikayətçilər bildirir.

Qiymətlərin bahalığından və parkda skamyaların, içməli suyun olmadığı qeyd edən şikayətçilər daha sonra yazırlar:

"Parkın girişin "Mülk Allaha məxsusdur" adlı loqo da yapışdırıblar. Əgər doğrudan da mülk allaha məxsusdursa bəs, o zaman niyə Allahın mülkünün girişinə ödəniş aparatı qoyurlar? Yoxsa bu söz yalnız insanları aldatmaq üçün adi görüntüdür? Parkda hər bir ağacın dibində bir çayxana fəaliyyət göstərir. Burada əgər oturmaq və yaxud da su içmək istəsən mütləq həmin çayxanalara üz tutmalısan".

Məsələ ilə bağlı "AAAF Park"-la əlaqə saxladıq.

"AAAF Park"dan bizə 050 966 09 09 nömrəsi ilə əlaqə saxlamağımızı bildirdilər. Qeyd olunana nömrəyə dəfələrlə zəng etməyimizə baxmayaraq cavab verilmədi.

Qlobal.az

Şərhlər

XƏBƏR LENTİ